Devid Uilyam Duxovni və ya Duxovnıy (; ) — ABŞ aktyoru.

Həyatı Devid Uilyam Duxovni 7 avqust 1960-cı ildə ABŞ-nin Nyu-York şəhərində doğulmuşdur. Anası şotland əsilli, atası Amram Duxovni (1927–2003) isə rus yəhudilərindən biri olub, bir çox ktabların müəllifidir. Amram Duxovni əvvəllər soyadındakı "x" hərfini "k" kimi yazılmasını demişdi. Lakin sonralar soyadı əvvəlki kimi yazılmağa başlandı. Oğlunun adı "David" isə yəhudi peyğəmbəri Davud peyğəmbərin sözündən götürülmüşdü. Devid Duxovn məktəbdə yaxşı oxumuş və Prinston Universitetinin pedaqoq fakultəsində təhsil almışdı. Daha sonra Yel Universitetinin aspiranturasında təhsilini davam etdrmiş və ingilis ədəbiyyat üzrə magistrliyi oxumuşdu. İlk dəfə 1987-ci ildə televiziyada yayımlanan "Löwenbräu" pivə reklamında peyda olur və cazibədarlığı sayəsində filmlərə çəkilməyə başlayır. Devid 1988-ci ildən etibarən kino karyerasına başlayır. Bir çox filmlərdə, televiziya seriallarında və sitkom janrlı seriallarda rol alır. Ən məşhur çəkildiyi serial isə Məxfi materiallar televiziya serialı olub. Bu serialda Devid "Foks Malder" rolunu canlandırır. Həmçinin, Devid Duxovni 2003-cü ilin istehsalı olan "XIII" adlı video oyundakı personajı və "Area 51" video oyunundakı "Etan Koul" adlı personajı səsləndirmişdi. 12 may 2015-ci il tarixində 12 mahnıdan ibarət olan ""Hell Or Highwater" adlı ilk albomunu çıxarmışdır.

Şəxsi həyatı Devid Duxovni 6 may 1997-ci ildə Tea Leoni adlı aktrisa ilə ailə həyatı qurur. Onların 24 aprel 1999-cu ildə Madeleyn Vest Duxovni adlı qızı, 15 aprel 2000-ci ildə isə Kid Miller Duxovni adlı oğlu dünyaya gəlir. Devid Duxovni bu müddətdə seksuallığın artımı olan Hiperseksuallıq adlı xəstəlikdən əziyyət çəkirdi və onlar 15 oktyabr 2008-ci ildə boşanırlar. Bu hadisədən sonra Devid şəxsi klinikada müalicə almağa başlayır. Bir müddətdən sonra onlar 9 yanvar 2009-cu ildə barışırlar.. Lakin 2011-ci ilin iyun ayında tərəflər arasında yaranan mübahisədən sonra onlar yenidən ayrı yaşamağa başlayırlar və 2014-cü ilin iyun ayında rəsmi olaraq boşanırlar.

Maraqlı faktlar 2014-cü ildə baş vermiş Krım böhranı hadisəsindən sonra Devid Twitter onlayn sosial şəbəkəsindəki səhifəsində "Mən indi başa düşdüm ki, əslində ukraynalıydım" sözlərini qeyd etmişdir.

Filmoqrafiya

Filmlər İl Ad Rol Qeydlər 1988 İşçi qız Tessin dostu 1989 Yeni il günü Billi 1990 İnkar etmək Con 1990 Pis təsir Klubdakılardan biri 1991 Culiyanın iki sevglis var Deniel 1991 Dayənin ölümü barəsində anaya heç bir kəlmə də Brüs 1991 Heyranlıq Rendi 1992 Rubi Ofiser Tippit 1992 Bethoven Bred 1992 Qırmızı ayaqqablıın gündəliyi Ceyk Uinters 1992 Venesiya, Venesiya Dilan 1992 Çaplin Roland "Rolli" Toteroh 1992 Oğrunun xanımı Devid Anderson Televiziya film 1993 Kaliforniya Brayn Kessler 1997 Allahı canlandıraraq Həkim Eygen Sands 1998 Məxfi materiallar: Gələcək mübarizə Foks Malder 2000 Mənə qayıt Bob Rueland 2001 Evalusiya Həkim İra Keyn 2001 Model Kişi JP Prewitt 2002 Tam yan Bill / Qas 2004 Conni və Karla Ceff 2004 Keçmişin sirləri Tom Varşav yazıçı, rejissor 2005 Kişiyə inanın Tom 2006 Qəribə ördək Tini Yesus 2006 Televizor Mike Klein 2007 Yanğında nə itirdiyimizi fikirləşərək Brayn Burke 2007 Sirr Həkim Bencamin Marris 2007 Kvant halqalar Hekayə danışan 2008 Məxfi materiallar: Mən inanmaq istəyirəm Foks Malder 2009 Conessalar Steve Jones 2012 Keçilər The Goat Man 2013 Fantom Bruni 2013 Sözlərdən möhkəm Con Fareri

Televiziya İl Ad Rol Qeydlər 1990–1991 Əkiz zirvələr Dennis Bryson 3 epizod 1992–1997 Qırmızı ayaqqablının gündəliyi Ceyks Uinter 10 epizod 1993–2002 Məxfi materiallar Foks Malder 182 epizod 1995–1996 Lerri Sandersin Şousu özünü canlandırır 2 epizod 1995–1998 Bazar gecəsində canlı özünü canlandırır 2 epizod 1996 Freyzer Kaller Epizod: "Freyzer Roza aşiqdir" 1996 Fəza: Uzaq bucaqlar Handsome Alvin Epizod: "R&R" 1997 Simpsonlar Foks Malder Epizod: "Sprinqfild materialları" 1997 Dakmen Riçard Epizod: "Marşrut kanalından qız" 2002 Bonni ilə həyat Conn Volkano 2 epizod 2003 Böyük şəhərdə seks Ceremyi Epizod: "Dayandırılmış oğlan" 2007–2014 Kalifornikasiya Hank Mudi 84 epizod 2014 Dolça Sem Hodiaks 7 epizod

İstinadlar

Xarici keçidlər

David Duchovny Central — Fan site

Kateqoriya:Alternativ rok müğənniləri Kateqoriya:ABŞ aktyorları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:ABŞ prodüserləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:ABŞ ateistləri Kateqoriya:ABŞ televiziya aktyorları