Suraxanı Günəş Elektrik Stansiyası — Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanıda quraşdırdığı və idarə etdiyi günəş elektrik stansiyasıdır. Altı hektar sahədə yaradılan stansiyada 8 min günəş paneli quraşdırılıb. Bu panellər gündə təqribən 12 min kilovatt-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır. Gələcəkdə burada daha 4 min belə panelin quraşdırılması nəzərdə tutulur. İnşasına 2014-cü ilin martından başlanılan stansiya mayın 22-dən test rejimində çalışır. Stansiyanın açılışı iyulun 16-da olub. Yaradılmasında əsasən yerli xammal və avadanlıqdan istifadə olunan stansiyanın layihə gücü 2800 kilovatdır. Stansiyada illik elektrik enerjisi istehsalı 4 milyon kilovatdır. Stansiya layihə gücü ilə tam işləyəndə il ərzində 1,5 milyon kubmetr qaza qənaət olunacaq.Suraxanı Günəş Elektrik Stansiyasının açılışı olub Apa.az
İstinadlar
Kateqoriya:2014-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycanda günəş elektrik stansiyaları Kateqoriya:Suraxanı rayonu