Xoren Ovanesoviç Arutyunyan (Arutyunov) () () — erməni sovet aktyoru, Azərbaycan SSR xalq artisti (1943).

Həyatı 1891-ci ildə anadan olmuşdur. Səhnə fəaliyyətinə 1911-ci ildə Tiflisdə başlamış və 1931-ci ilədək kiçik fasilərlə burada çalışmışdır.

1931–1949-cu illərdə Bakıda erməni dram teatrında, 1949-cu ildən isə Stepanakertdə erməni dövlət dram teatrında çıxış etmişdir.

1952-ci ildə vəfat etmişdir.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 aprel 1940 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943

Mənbə

Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:Azərbaycan erməniləri