thumb|Manixeist Rahiblər lövhələrini yazırlar. Karahoca, Əkinçilik hövzəsi Manixeizm və ya Manilik (bəzən Maniçilik də adlanır) — qnostik dini təlim olub, Mani (216–277) tərəfindən qurulmuşdur. III əsrdə Babildə ortaya çıxmış olan bu təlim bütün dünyada və xüsusilə Şimali Afrikada yayılmışdır.
Xristianlıq başda olmaq üzrə; Məzdəkilik, Buddizm və Mesopotamiya dinlərindən bir çox ünsürləri içinə aldığından eyni zamanda sinkretik bir xüsusiyyət daşımaqdadır. Mani, dinini yaymaq üçün biri fars digər altısı süryani dilində olmaq üzərə yeddi kitab və yetmiş risalə yazmış, ayrıca Hindistan başda olmaq üzərə bir çox ölkəyə səyahətlər etmişdir. Manilik ən parlaq dövrünü 8-ci əsrdə Uyğur dövlətinin milli dini olaraq elan edilməsi ilə yaşamışdır. Mani sözü qədim Türk dilində "Mengü" və Çağatay türkcəsində "Tanrı" deməkdir. Manixeist Uyğurlar, ölümdən sonra ruhun bir başqa bədəndə həyatına davam etdiyini ("re-enkarnasiya" və ya "yenidən təcəssüm") qəbul edirdilər.
Maniçilik əslində Zərdüşt dualizmi, Babil folkloru, Buddist əxlaq prinsipləri və xristian ünsürlərin qarışığından ibarətdir. Bu tərkibdə öndə gələn anlayış iki əzəli qanunun, yaxşı və pisin münaqişəsidir. Bu baxımdan din tarixi araşdırmaları, Maniçiliyi bir növ dini dualizm (ikiçilik) olaraq qeyd etmişdirlər. Bu din həm Şərqə, həm də Qərbə doğru fövqəladə bir sürətlə yayılmış; Şimali Afrika, İspaniya, Fransa, Şimali İtaliya və Balkanlarda min il müddət ilə dağınıq və davamsız şəkildə varlığını davam etdirmişdir. Halbuki, əsl inkişafını doğulduğu torpaqlar olan Mesopotamiya, Babil və İranda reallaşdırmış və Şərqdə təsirini X əsrdən sonralara qədər davam etdirdiyi Türküstan, Şimali Hindistan, Qərbi Çin və Tibetə qədər yayılmağı bacarmışdır.
Manixeizm düşüncəsi ilə əlaqəli mənbələr. Tarixşünaslıq
Xristian və müsəlman mənbələri İyirminci əsrin əvvəllərinə qədər tarixçilər Manixeizmi ideoloji olaraq müxalif düşüncə olduğuna görə şeytani əqidə adlandırırdılar. Belə düşüncənin əsas səbəbi manixeizm barədə ilkin məlumatın xristian və müsəlman mənbələrindən alınması idi. Ən qədim anti-manixeist əsəri neoplatonçu Aleksandr Likopolski yazmışdır. Bu əsər manixeizm barədə ilkin fikirlər yaratmaq baxımından faydalı mənbədir.
Xristian mənbələri yunanca, latınca, süryanicə və ərəbcə yazılmışdır. Mani ilə yepiskop Arçelius arasındakı münaqişə ilə bağlı ilk məlumatı Kiprli Epifani özünün "Panarion" əsərində verir. Xristian tarixçilər arasında Suriyalı Efrem və Auqustin Aureli da manixeizm barəsində faydalı məlumatlar vermişdilər. Efrem manixeistlərin original əsərlərini oxuyur və bu əsərlər barəsində öz fikirlərini qeyd edir. Auqistin gənclik illərində manixeist kilsəsinin üzvü olur, buna görə də manixeist düşüncələrə çox bələd olur. Onun manixeist kilsəsindən ayrıldıqdan sonra 388–405-ci ildə manixeizmə qarşı yazdığı əsərləri manixeizm barəsində dolğun məlumata malikdir. V əsrdən etibarən Kirli Feodorita manixeistlər barəsində latın dilində məlumatlar qeyd etməyə başlayır. Bu məlumatlarda manixeist dini ibadət qaydaları yer alırdı. VI əsrdə Şimali Antioxiyada "Homilies" adlanan əsərində Minat yunan dilində manixeist dini qaydaları haqqında məlumat verir.
Bunlardan əlavə İbn Nədim, İbn Həzm, Maqdusi və başqa müsəlman tarixçilər də manixeizm barəsində məlumatlar vermişdilər. Əl-Biruni özünün "Hindistan" "Keçmiş nəsillərin abidələri" adlı əsərlərində manixeizm haqqında ətraflı məlumat verir. Burada yalnızca manixeist doktrinası haqqında deyil, həm də Maninin həyatı haqqında məlumat verir. İbn Nədim özünün "Fihrist əl-ulum" əsərində Mani haqqında geniş məlumat verir.
Manixeist kanonları Manixeizm, dualist bir dindir. Dualist dinlərdə işıq və atəşin təmsil etdiyi yaxşılıq prinsipi və onun ordusu olan səmavi ilahlar, qaranlığın və maddənin təmsil etdiyi pislik qanununa və pis ruhlara qarşı, daimi müharibə içində olurdu. Bu döyüşdə Mani ən irəli çarələrə müraciət etmiş və insanı, maddi şəxsiyyətindən imtina etməyə çağırırdı. Bu ikisinin bir-birləri ilə mübarizəsində aydınlığın bir qismi qaranlığın içində (dünyanın içində) məhbus qalmışdır. Hər hansı bir canı söndürmək, hətta bir meyvəni budağından qoparmaq belə tanrısal maddəyə zərər verib aydınlığın məhbusluğunu daha da uzadar. İşığın (aydınlığın) məhbusluğuna ancaq "seçilmişlər"in köməyi ilə xitam verilə bilər. Seçilmişlər heç bir canlını incitməz və əsla cinsi əlaqədə olmazlar. Bunun üçün də "dıntar" adı verilən seçmə rahiblər evlənmir və uşaqları olmurdu.
Gnostik bir dualizm olan Manixeizm, yaxşı-pis, Qaranlıq-İşıqlıq, Nur-Zülmət üzərinə qurulmuşdur. Bu dinə görə yaşadığımız dünya yaxşı və pis ünsürlərin birləşməsindən meydana gəlmişdir. İnsanın ruhu yaxşılığı, cəsədi isə pisliyi təmsil edir. Dinin məqsədi insanları pislikdən qorumaq və qurtarmaqdır. Bu dinin qurucusu Maniyə görə bir-birinə zidd iki prinsip vardır: Yaxşı yəni işıq, pis yəni qaranlıq. Mani, zamanı üç mərhələdə açıqlayır: Birincisində maddə ilə ruh eynidir. İkincisində birləşərlər. İnsan ruh və bədən olaraq bu qarışığın olduğu yeganə yerdir və insan bu halıyla ancaq ikinci mərhələdə var olmuşdur. Maddədən sıyrılmaq surətiylə insan, bu pis mərhələnin sonunu tezləşdirə biləcək və üçüncü mərhələni meydana gətirən böyük təmizlənməyi yarada biləcəkdir. Yalnız bu zaman, yaxşılıq pislik, bir dəfə daha əbədi olaraq ayrılmış olacaq. Mani dininə aid olan insanlar 5 qrupda təsnif edilir :
Mojalar — Ustadlardır. Sayları 12-dir. İspasaqlar — bunlara Fu-to-tan da deyilir. Yepiskoplardır. Sayları 72-dir. Maqistaqlar — Rahiblərdir. Sayları 360-dır. Ahmanlar — bunlara dıntar da deyilir. Təmizlər, saflar qrupudur. Niqoş-aqan — dinləyicilər qrupudur. Əməkçi qrup da deyilir.
Yüksək dərəcəli ruhanilər və dıntarların ağ cübbələri vardı. Dıntarlar, sərvət və maddi mənfəət arxasınca düşməzdilər. Ət yeməzlər, ancaq bir günlük yemək və bir illik paltar saxlaya bilərdilər. Daim subay idilər və dinə dəvət etmək üçün dünyanı gəzmələri şərt idi. Dinləyicilər isə evlənə bilər və ət yeyə bilərdilər. Lakin onlar da Dıntarlara hədiyyələr edərək kömək etmək; Dıntarların yeməyini, meyvə və ya tərəvəzi yetişdirmək və mərasimlərdə Dıntarların qarşısında diz çökmək məcburiyyətində idilər. Dıntarlar isə buna qarşılıq dinləyicilərin əkinlərini qopararaq etdikləri günahların əfvi üçün dua edərdilər. Hər yeddi günün beşində oruc tutarlar, hər iyirmi dörd saatda dörd dəfə axar su ilə təmizlənər, sonra, on iki dəfə səcdəyə yataraq dua edərdilər. Dinləyicilərin ibadət günü bazar, Dıntarlar'ın isə bazar ertəsi idi.
Denis Sinora görə isə Manixeizm insanlığı iki böyük kateqoriyaya ayırır. Birincisi: seçmələr, yəni din adamlarıdır. Bunlar da öz aralarında ayrılır: başda ən yüksək başçı (fa-Vang) durur. Bu qrupdan dinin istədiyi şeylər: evlənib ailə qurmamaq, oruc tutmaq, ət yeməmək və içkidən uzaq dayanmaq. İkinci qrupdakılara isə dinləyici adı verilərdi. Yəni monastır xarici möminlər. Balanslı bir həyat sürmək, evlənib ailə qurmaq. Bunları yerinə yetirən bir dinləyici seçilmiş olaraq yenidən doğulacaq. Böyük təmizlənmə tamamlanarsa, maddi dünyaya qalib gəlib zəfərə çatanlar mütləq işıq dünyasında yaşayacaqlar. Dözə bilməyib məğlub olanlar isə mütləq qaranlığa basdırılacaqlar. Qurbanın hər cürəsinin qadağan olduğu Manixeizmdə Budda, Zərdüşt və İsanın peyğəmbərliyini qəbul edən Mani, yəhudilərin tanrısı Rəbbi şeytan olaraq xarakterizə edər və Musanın da peyğəmbərliyini rədd edər.
Maninin həyatı thumb|Manixeist seçilmişlər. X əsr. KarahocaManinin həyatı və məzhəbi mövzusunda Şərq qaynaqları, Qərb dillərindəki qaynaqlara görə daha ətraflı və daha dəqiq məlumatlar ehtiva etməkdədir. İranlı yazar İbn əl-Nədimin pəhləvi dilində yazdığı "Əl-Fihrist" adlı əsəri bəhs etdiyimiz şərq qaynaqları arasında iştirak etməkdədir. Din qurucusu Mani, Mesopatomiyanın cənub bölgəsindəndir. Təxminən 14 aprel 216-cı ildə Dəclə kənarında Ktesifonda doğuldu. Ailəsinin zadəgan İran soyundan olduğu, hətta anasının Parfiya kral nəslinə mənsub olduğu deyilir; ancaq bu şübhəlidir. Mani təxminən olaraq 228–229-cu illərdə 12 yaşında ikən ilk görməsi ilə qarşılaşdı. Bu görüntü əsnasında onun səmavi həyat yoldaşı, əkizi, ortağı və ya dostu ona göründü və onu davamlı qoruyub güdəcəyinə dair söz verdi. Mani bundan sonra təsəlli edicinin (Paraklit) ya da öz təlimlərinin "tezislərini" ona bildirmiş olan Müqəddəs Ruhun təsirli vəhyini gördü.
Bu təcrübə nəticəsində Mani ətrafıyla əlaqəsini kəsdi və bu təcrübə üzərinə düşünməyə başlayaraq din adamlarının tətbiq və təlimlərini düzəltməyə çalışdı. Bu vəziyyət camaatda bir bölünməyə və Maninin qovulması ilə nəticələnən rəsmi bağların qopmasına gətirib çıxardı. Yalnız atası və iki müridi onunla qaldı. Bu sırada 24 yaşındaykən bir başqa təcrübə daha yaşadı və gerçək vəzifəsinin İşığın Elçiliyini etmək olduğunu anladı. Bunun, 19 aprel 240-cı ildə olduğu göstərilir və bir dəfə daha Tanrının yəni İşıq Kralının qoyduğu nizama görə hərəkət edən Dostun bir vəhyi kimi götürülə bilər. Mani bir ilahidə rolunu belə ifadə etmişdir:
Mani, həyatının geri qalanında şagirdləri ilə birlikdə ilk camaatını meydana gətirdiyi paytaxt Ktesifona qaçdıqdan sonra İranın daxilində və xaricində dəvətini təsirli bir şəkildə yaymağa başladı. Elçilər Qərbə, Roma əyalətlərinə göndərilərkən Maninin özü də 241-ci ildə bir gəmi ilə Hindistana və oradan da Hind Vadisinin yuxarısına, Turana səyahət etdi və orada kralı öz tərəfinə çəkdi. Təxminən 242–243-cü illərdə I Ərdəşirin ölümündən sonra yeni hökmdar I Şapura (242–273) sədaqətini təmin etmək üçün Babilə geri döndü. Mani I Şapurdan dəstək almağı və hətta kralın məiyyətinə girməyi bacardı. Bu zaman padşahın iki qardaşı Maniyə bağlanmışdılar. Açıqca görülür ki, bu yeni universal din özünü fars imparatorluğu üçün mütləq gücə sahib zərdüşt ruhanilər sinfinin magiyasının iştirak etmədiyi uyğun bir ideologiya olaraq təqdim etdi. Mani artıq heç bir mane olmadan təlimini yaya bilirdi. I Şapur öldüyündə xələfi I Hürmüz (273–274) də Manini yaxşı qarşıladı. Amma bir il sonra Hürmüz ölər və taxta qardaşı I Bəhram çıxınca Mani üçün çətin dövr başlayır. Kral, Manini hüzuruna çağırır, ancaq o, "ən böyük məmləkət gəzintisi", "öz gəncliyinin keçdiyi yerlərə və meydana gətirdiyi dəstəyə vida ziyarəti "olaraq adlandırılacaq bir səfərin arxasıyca, Cundişapura gəlir. Rəvayətə görə Mani yandaşlarına belə səslənmişdir: "Mənə baxın və mənə doyun uşaqlarım; çünki bədənimlə sizdən uzaqlaşacağam ".Eliade, II–III