İlqar Əliməmməd oğlu Muradov () — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti (2019).

Həyatı İlqar Muradov 1957-ci ildə Naxçıvanda dünyaya gəlib. 1988-ci ildə Naxçıvan Pedaqoji İnstitutunu bitirmişdir. 1982-ci ildən 1995-ci ilədək pianoçu-bəstəkar Rafiq Babayevin rəhbərlik etdiyi studiyada işləmişdir. Bəstəkar-pianoçu Siyavuş Kərimi ilə Norveç layihəsində iştirak etmiş, Norveçdə "Skruk" xoru ilə azərbaycan xalq mahnılarından ibarət kompakt-disk yazdırmışdır. O, həm muğamat, təsnif, el mahnılarının, eləcə də dünya xalqlarının, müasir bəstəkarların əsərlərinin gözəl ifaçısıdır.

İncəsənət Mərkəzində səsyazma studiyasının rəhbəridir. 2017-ci ildə Heydər Əliyev Sarayında "Ötüşür zaman" adlı solo konserti keçirilib.

İlqar Muradov 7 may 2012-ci il tarixində Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.

Albomlar 2003 — Qurban adına 2008 — Bir ömrün nəğməsi 2011 — Yavaş-yavaş

Sinqllar 2020 — Gözün aydın, Azərbaycan! 2020 — Şəhidlər (Günay İbrahimli ilə) 2021 — Mən gedirəm 2021 — Şəhid bacısı 2021 — Bəsimdir 2022 — Sən olmuşdum

Kliplər +SayKlipTarix01İncimə02Sadəcə Çox Sevdim Səni03Bu Dünyanı Nağıl Bilək200304Xatirə (duet Aygün Kazımova)200405Bir Arzu Var06Peşman Olarsan201407Zemfirama Anar2017

Filmoqrafiya Son döyüş (film, 1996) Həsən Əbluc (film, 1999) Yeni həyat (2005) Bəylik dərsi (film, 2007) Xeyirlə şərin rəqsi (film, 2015)

Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 16 sentyabr 2006 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 24 may 2019

İstinadlar

Xarici keçidlər İlqar Muradov CD

Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Yeni Azərbaycan Partiyasının üzvləri