Əfrand Firudin oğlu Daşdəmirov () — AMEA-nın həqiqi üzvü (1989), Moskva Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru, professor, Ümum-Rusiya Azərbaycan Konqresinin vitse-prezidenti və "Azərbaycan konqresi" qəzetinin redaktoru.
Həyatı Əfrand Daşdəmirov 12 mart 1942-ci ildə Bakı şəhərində anadan olub. S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
1968-ci ildə Moskvada "İndividual şüurun milli məqamları" () namizədlik dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə o, "Şəxsiyyətin sosial varlığının milli və beynəlmiləl formaları" () adlı doktorluq dissertasiyasını müdafiə edir.
Pedaqoji fəaliyyəti Əfrand Daşdəmirov Bakı Ali Partiya Məktəbində kafedra müdiri vəzifəsini tutmuşdur. Uzun illər Ə. F. Daşdəmirov Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda milli münasibətlər və beynəlmiləl tərbiyə şöbəsinin müdiri olmuşdur. 1991-ci ildən o, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasının professorudur.
Əsərləri 1976-cı ildə onun "Millət və şəxsiyyət" () adlı monoqrafiyası işıq üzü gormüşdür. 1984-cü ildə "Marksist-Lenin millət və milli münasibətlər nəzəriyyəsində şəxsiyyət problemləri" () adlı 1996-cı ildə isə "Cəmiyyətşünaslığın nəzəri-metodoloji məsələləri" () adlı monoqrafiyaları çıxmışdır. 2000-ci ildə "Rusiya və Azərbaycan: tarix və müasirlik" ["Россия и Азербайджан: история и современность"], 2001-ci ildə "Qafqazarası münasibətlərin ideoloji problemləri" ["Идеологические проблемы меж кавказских отношений] əsəri, həmin ildə "Milli ideya və etniklik" ["Национальная идея и этничность"] kitabı ikinci dəfə dərc edilmişdir. 2005–2008-ci illlərdə "Qarabağ münaqişəsi yenidənqurma kontekstinə" ["Карабахский конфликт в контексте перестройки"], 2008-ci ildə "Millət tarixin kəskin dönümündə" ["Нация на крутом повороте истории"] adlı kitablar işıq üzü görmüşlər.
O, 8 monoqrafiyanın və 200-dən artıq elmi əsərin müəllifidir. Ə. F. Daşdəmirovun "Milli münasibətlərin sosioloji strukturu", "Şəxsiyyət və millət", "Milli ideya və etniklik", "Cəmiyyətşünaslığın nəzəri-metodoloji problemləri: yeni yanaşmalar haqqında qeydlər və düşüncələr" və b. nəşri tarixindən asılı olmayaraq, bu gün də öz aktuallığını saxlamaqdadır.
Советский народ — интернациональная общность людей (Sovet xalqı insanların beynəlmiləl birliyidir). Баку: Азернешр, 1974; Современный этап развития национальных отношений в СССР. Баку: Элм, 1974; Нация и личность. Баку: Элм, 1976; Советский народ: некоторые философско-социологические проблемы единства новой исторической общности (Sovet xalqı: yeni tarixi birliyin bəzi fəlsəfi-sosioloji problemləri. Баку: Азернешр, 1977; Qan qohumluğundan güclü. Bakı: Azərb. SSR "Bilik" Cəmiyyəti, 1982; Проблема личности в марксистско-ленинской теории нации и национальных отношений (Marksizm-leninizmin millətlər və milli münasibətlər nəzəriyyəsində şəxsiyyət problemi). Баку: Азернешр, 1984; Идеологическая работа: действенность пропаганды и агитации (из опыта партийных организаций Азербайджана по обеспечению выполнения планов партии, задач хозяйственного строительства) (İdeoloji iş: təbliğatın və təşviqatın təsirliyi (partiyanın planlarının, təsərrüfat quruculuğu vəzifələrinin yerinə yetirilməsi sahəsində Azərbaycan partiya təşkilatlarının təcrübəsindən). Баку: Азернешр, 1985 (həmmüəlif); Азербайджан. Москва: Изд-во Агентства печати "Новости", 1987; Теория и практика нравственного воспитания. Баку: Элм, 1987 (həmmüəlif); Национальная идея и этничность (азербайджанская идея в этнокультурном интерьере). Москва: ИЭА, 1996; Millət və cəmiyyət tarixin sərt dönəmlərində. Bakı: Elm, 2008.
Mükafatları Əfrand Daşdəmirov 2 dəfə "Qırmızı Əmək Bayrağı" və "Dövlət" ordeni ilə təltif edilmişdir.
İstinadlar
Ədəbiyyat Əliağa Məmmədli, Məhsuldar elmi, pedaqoji və ictimai fəaliyyətdə, "Elm". — 2012.- 30 aprel.- Səh.14.
Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:Fəlsəfə elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri Kateqoriya:Azərbaycan qəzet redaktorları Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:Azərbaycan filosofları Kateqoriya:Azərbaycanlı filosoflar Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycan SSR siyasətçiləri