İtalo Santelli () — Müasir qılıncoynatmanın sablya növünün atası sayılan İtaliyalı qılıncoynatma idmançısı.

Bioqrafiyası thumb|left|Santelli 1900 Yay Olimpiya Oyunlarında qılıncoynatmanın rapira növü üzrə rəqibi Jan Batist Mimyaqa qarşı İtalo Santelli 1866-cı ildə İtaliyanın Liquriya regionunun La Speziya əyalətində Karrodano kommunasında anadan olub. Santelli İtaliyanın məşhur məktəblərində təhsil alıb. Santelli qılıncoynatma ilə məşğul olan qardaşı Otello və onun həyat yoldaşı ilə birlikdə Budapeştdə köçür. Onun 1897-ci ildə Macarıstanda Corcio adında oğlu oldu. Corcio həmişə italyan vətəndaşlığını saxlayıb və yarışlarda İtaliyanı təmsil edib.

Santelli Macarıstanda yaşadığı vaxtlarda qılıncoynatmanın sablya növünün yeni üslubunu yaratmağa başlayıb. Üslüb daha çox Santellinin “müasir üslubu” kimi tanınırdı.

O, Paris Yay Olimpiya Oyunlarında İtalyan komandasının heyətində müasir üslubda çıxış etdi. Santelli rapira yarışlarında altıncı yeri tutmasına baxmayaraq, sablya növü üzrə komanda yoldaşı Antoniyo Konteyə məğlub olaraq, gümüş medal qazandı.

1924 Yay Olimpiya Oyunlarında İtalo Santelli qılıncoynatma üzrə Macarıstan komandasının baş məşqçisi olub.

İstinadlar

Xarici keçidlər

ITALO SANTELLI MEDALS Italo Santelli

Kateqoriya:İtaliya idmançıları Kateqoriya:Olimpiya medallı idmançılar Kateqoriya:Olimpiya gümüş medalına sahib İtaliya idmançıları Kateqoriya:İtaliya şəxsləri