Ənvər İbrahim () — Malayziyanın keçmiş baş naziri və müxalifətinin lideri
Həyatı 1993-cü ildən 1998-ci ilə qədər baş nazir olub. Ənvər İbrahim Malayziya 1957-ci ildə müstəqillik qazandıqdan sonra iqtidarı əldən verməyən “Xalq Cəbhəsi” koalisiyasının əsas siyasi rəqibi hesab olunur.
İmpiçment Ənvər İbrahim seks qalmaqallarında adı çəkilən siyasətçilərdəndir. 1998-ci ildə korrupsiya və homoseksual əlaqələr ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Homoseksual əlaqənin cinayət epizodu sayıldığı Malayziyada bəzi hüquq müdafiəçiləri bu ittihamların siyasi böhtan adlandırmışdılar.
2004-cü ildə məhkəmə bu ittihamları onun üzərindən götürdü. 2008-ci ildə növbəti parlament seçkiləri öncəsi o yenidən “homoseksual əlaqələrdə olma” ittihamı ilə məsuliyyətə cəlb olunur. İstintaq onu öz köməkçisi ilə əlaqədə ittiham edirdi. 2012-ci ilin iyununda məhkəmə keçmiş baş nazirə qarşı irəli sürülən ittihamları əsassız hesab edərək onu azad edir. Lakin 2014-cü ildə Malayziya apelyasiya məhkəməsi onu homoseksual münasibətlərdə təqsirkar bilərək 5 il müddətinə azadlıqdan məhrum edir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Malayziya siyasətçiləri Kateqoriya:XX əsr cinayətkarları Kateqoriya:Antihomoseksual qanunvericiliklə məhkum olunanlar Kateqoriya:Malayziya baş nazirləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri Kateqoriya:Cons Hopkins Universitetinin müəllimləri Kateqoriya:Oksford Universitetinin müəllimləri