Asif Abbas oğlu Hacılı () — filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin rektoru (2014–2016), ədəbiyyatşünas, folklorşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı Asif Abbas oğlu Hacıyev 3 aprel 1960-cı ildə Gürcüstan SSR-nin Borçalı mahalının Sarvan şəhərində, Nayvəlilər ocağında anadan olub.

1977-ci ildə Bakı şəhər 246 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1982–1986-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə taqım komandiri işləyib, Bakı şəhər Xətai rayon gənc müəllimlər şurasının sədri olub.

1986-cı ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda müəllim kimi fəaliyyətə başlayıb. Gənc alimlər şurasının, Tələbə Elmi Cəmiyyətinin sədri olub.

Tərcümə kafedrasında müəllim, Rus ədəbiyyatı tarixi kafedrasında müəllim, baş müəllim, dosent işləyib. 1992-ci ildən 2016-cı ilə qədər Ədəbiyyat nəzəriyyəsi kafedrasında çalışıb, kafedranın professoru olub. Ədəbiyyatşünaslığa giriş, ədəbiyyat nəzəriyyəsi, rus ədəbi tənqidi tarixi, poetika, ədəbiyyatşünasliğın tarixi və metodologiyası fənlərindən mühazirələr və xüsusi seminarlar aparır.

1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib.

2000-ci ilin may ayından 2014-cü ilin mart ayına qədər Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru işləyib. 2014-cü ilin mart ayından 2016-cı ilin iyun ayına qədər Bakı Slavyan Universitetinin rektoru işləyib.

2016-cı ilin sentyabr ayından Azərbaycan Universitetinin Aərbaycan dili və ədəbiyyatı kafedrasının professoru vəzifəsində işləyir.

Ailəsi Borçalının öndər şəxsiyyəti Nayvəlinin kötücəsidir, Sarvanlı el ağsaqqalı Məhəmməd Hacı oğlunun nəvəsidir, Sarvanlı el ağsaqqalı, tanınmış pedaqoq Rüstəm Hacı oğlunun qardaşı nəvəsidir, Professor Abbas Hacıyevin oğludur, Filosof-alim Cümşüd Məhəmməd oğlunun qardaşı oğludur, Filoloq-alim Vəkil Hacılının qardaşı oğludur, Gürcüstanın siyasi və dövlət xadimi, pedaqoq Tofiq Hacıyev (siyasətçi)in qardaşı oğludur. Pedaqoq, ictimaiyyətçi Xanlar Hacıyevin qardaşı oğludur. Borçalı məktəblərinin müəllimləri Rafiq, Tariyel, Cavad Rüstəm oğlu Hacıyevlərin əmisi nəvəsidir. Gürcüstanın tanınmış sənaye və dövlət xadimi Ələkbər Gərəkməzlinin bacısı oğludur.

Elmi-pedaqoji fəaliyyəti Asif Hacılı ədəbiyyat nəzəriyyəsi, türk folklorunun poetikası, tarixi poetika, müasir ədəbiyyat, mifologiya və folklorşünaslıq üzrə tədqiqatlar aparır, tərcüməçiliklə məşğul olur, mətbuatda ədəbi-tənqidi məqalələrlə çıxış edir.

Mifopoetik təfəkkürün fəlsəfi-estetik məsələlərinə, rus ədəbiyyatının tarixinə, müasir rus nəsrinin mifopoetik aspektlərinə, rus ədəbiyyatında islam və Şərq motivlərinin bədii-fəlsəfi dərkinə, bayatıların struktur-semiotik təhlilinə, müasir Azərbaycan və rus ədəbiyyatının poetikasına, mifologizm və folklorizm probleminə aid monoqrafiyaların və məqalələrin müəllifidir. Türk epik ənənəsinin tarixi-poetik xüsusiyyətlərinə, milli şüurdakı etnopoetik konseptlərə, müasir ədəbi prosesə, avrasiyaçılığa, tarixi coğrafiya və etnopoetikaya, mifopoetikaya dair məqalələri və monoqrafiyaları dərc olunmuşdur.

Avrasiyaçılığa dair mətnlərin, XX əsr ədəbi manifestlərinin bir sıra nümunələrini, İlya Erenburqun xatirələrini tərcümə etmişdir. Rus ədəbiyyatında Qurani-Kərim mövzusuna (Bakı, Türkiyə və fars dilində İran nəşrləri) və XX əsr rus ədəbi nəsrinin mifopoetikasına (Azərbaycan, Rusiya və Almaniya nəşrləri) dair monoqrafiyaları, ədəbiyyatşünaslığın tarixinə və metodologiyasına və rus şəbəkə ədəbiyyatına aid dərslkləri (Azərbaycan və Rusiya nəşrləri) xarici müətəxssislər tərəfindən yüksək qiymətləndirilmiş və Rusiyanın və Avropa ölkələrinin universitetlərində, eləcə də tədqiqatçılar tərəfindən tədrisdə və elmi araşdırmalarda geniş istifadə olunur. Bu mövzularda, eləcə də türkologiyanın aktual məsələlərinə dair rusiyalı və türkiyəli tələbə və müətəxəssislərə mühazirələr oxuyur, elmi məcmuələrdə və nüfuzlu onlayn görüşlərdə çıxış edir.

Elmi yaradıcılığında Borçalı və Axısqa türklərinin folklorunun toplanması, tədqiqi və nəşri xüsusi yer tutur. 1986-cı ildən Borçalı və Axısqa türklərinin folklorunun toplanması ilə məşğuldur. Axısqa türklərinin mifologiyasına, folkloruna, etnik tarix və etnoqrafiyasına həsr olunmuş kitabları türkologiyanın bu sahəsinə aid ilk sanballı əsərlər kimi yüksək qiymətləndirilmişdir. Bu sahədə tədqiqatlarından və topladığı folklor-etnoqrafik materiallarından ibarət məqalələri və kitabları Azərbaycanda və Türkiyədə dərc olunub. Mütəmadi olaraq, müxtəlif ölkələrdə yaşayan Ahıskalı tələbə və gənc mütəxəssislərə Ahıskanın tarixinə və etnik mədəniyyətinə dair əyani və onlayn şəkildə elmi məruzəlrlə çıxışlar edir.

Borçalı türk folklorunun toplanması, tədqiqi və təbliğindəki xidmətlərinə görə Borçalı İctimai Cəmiyyətinin Fəxri diplomu ilə təltif olunub.

Türkologiyada çox az öyrənilmiş türkdilli xristian xalq olan urumların tarix və folkloruna dair, xarici alimlərin yüksək qiymətləndirdiyi və haqqında rəylər dərc etdirdiyi kitabın müəllifidir.

Əsərləri Rusiya, Türkiyə, İran, Almaniya, Ukrayna, Bolqarıstan, Belarus, Özbəkistan, Tacikistan, Gürcüstan, Bolqarıstan və b. yerlərdə çap edilib. 200-ə qədər elmi əsərin, o cümlədən monoqrafiyaların və dərs vəsaitlərinin müəllifidir. 50-dən çox monoqrafiya, elmi məcmuə, dərslik və s. elmi redaktoru, məsləhətçisi, rəyçisidir. 40-a qədər dissertasiya işinə opponentlik edib, bir-neçə doktorantın elmi rəhbəridir.

Moskva, Kiyev, Ankara, İstanbul, Bursa, Kayseri, Astana, Daşkənd, Aşqabad, Düşənbə, Drezden, Tbilisi, Roma, Minsk, Sankt-Peterburq, Volqoqrad, Varna və b. şəhərlərdə beynəlxalq elmi konfranslarda iştirak edib, tələbələrə mühazirələr oxuyub, onlayn və canlı seminarlar keçib.

Türk Dövlət və Cəmiyyətlərinin X və XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultaylarının iştirakçısı, XI Qurultayın "Beynəlxalq əlaqələr, Media və İnformasiya Texnologiyaları" komissiyasının katibi olmuşdur. Həmin qurultaylarda Borçalı və Axısqa türklərinin problemləri, xüsusən, milli maarif və mədəniyyət, repatriasiya məsələləri üzrə məruzələr etmiş, məruzələrin müddəaları qurultayların qərarlarında əks olunmuşdur.

"Borçalı" və "Qaraçöp" cəmiyyətlərinin idarə heyətinin üzvü, I Uluslararası Ahıska türkləri qurultayının, Ahısqa türkləri "Vətən" cəmiyyəti qurultaylarının iştirakçısı olub. Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumunun iştirakçısı, Dünya Azərbaycanlıları Xartiyasını hazırlayan işçi qrupunun üzvü olub.

Orta məktəblər və universitetlər üçün bir sıra proqram və dərsliklərin müəllifidir. Təlim rus dilində olan ümumtəhsil məktəbləri üçün "Ədəbiyyat" fənni üzrə kurrikulumun hazırlanması üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi işçi qrupunun sədri, həmin məktəblərin 5–11-ci sinifləri üçün "Ədəbiyyat" fənni üzrə proqram və dərsliklərin hazırlanması üzrə Təhsil Nazirliyi müəlliflər qrupunun rəhbəri və dərsliklər kompleksinin elmi redaktorudu və müəlliflərindən biri olmuşdur.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-metodik Şurasının Azərbaycan dili və ədəbiyyatı bölməsinin, Təhsil Nazirliyinin Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurasının və Elmi-Koordinasiya Şurasının üzvü kimi fəaliyyət göstərib.

Azərbaycanın umumtəhsil məktəblərinin V–IX sinifləri ucun "Qiymətləndirmə Standartlarının təkmilləşdirilməsi" və "Umumi təhsil məktəblərində və ilk peşə-ixtisas təhsili muəssisələrində təhsilalanların qiymətləndirilməsi və yekun dövlət attestasiyasının aparılması Qaydaları" əsasında fənn muəllimləri uçun müvafiq təlimatların hazırlanması üzrə təlim rus dilində olan umumtəhsil məktəbləri uçun "Ədəbiyyat" fənni üzrə İşçi qrupunun sədri olub.

Rus dilinə dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin (Moskva) təsisçilərindən biri və üzvüdür (2004). Bu cəmiyyətin Ekspert-konsultativ şurasının üzvüdür (2008).

Moskva Humanitar Pedaqoji İnstitutunun Elmi Şurasının 26.09.2006-cı il tarixli qərarı (№ 12) ilə Asif Hacıyevə bu İnstitutun Fəxri professoru adı verilmşdir.

Rossotrudniçestvanın "Dostluq və əməkdaşlığa görə" ("За дружбу и сотрудничество") Fəxri nişanı (2014), Rus dilinə dəstək beynəlxalq pedaqoji cəmiyyətinin (Moskva) "Müəllim adına sədaqət" ("За верность учительскому призванию") medalı (2014), Rusiya Federasiyasının A. S. Puşkin medalı (22 aprel 2016) ilə təltif olunmuşdur.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Elmi-Redaksiya Şurasının üzvüdür.

Qafqaz Universitetlər Birliyi Elmi şurasının üzvüdür (Türkiyə).

AMEA Folklor İnstitutu elmi-nəzəri seminarın sədri, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu nəzdində və BSU nəzdində dissertasiya şuralarının üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Filologiya üzrə Ekspert Şurasının üzvü (2007–2011) olub. AMEA Folklor İnstitutu nəzdində Folklorşünaslıq üzrə problem şuranın üzvüdür. Bakı Slavyan Universiteti nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.02.071 Dissertasiya Şurasının sədri olub (2011–2016). Azərbaycan Tərcümə mərkəzinin Elmi-bədii Şurasının üzvüdür.

"BSU Elmi əsərləri"nin baş redaktoru, "Rus dili və ədəbiyyatı Azərbaycanda", "Literaturnıy Azerbaydjan", "Qarapapaqlar" (Gürcüstan), "Vestnik MQLU" ("Вестник МГЛУ", Россия, Москва), "Elmi dialoq" ("Научный диалог", Россия, Екатеринбург) jurnallarının, "Filoloqun kitabxanası", "Azərbaycan multikulturalizminin qaynaqları" seriyalarının, "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri", "Elm və cəmiyyət" məcmuələrinin redaksiya heyətlərinin, Yakov Qoqebaşvili adına Milli Pedaqoji Elmlər İnstitutunun "SAZRİSİ" ("Fikir", Gürcüstan, Tbilisi) Elmi əsərlərinin Elmi-konsultativ Şurasının üzvü, "Avrasya" Uluslar Arasi Araştirmalar Dergisinin (Türkiyə) Dış Temsilcisi və hakimi kimi fəaliyyət göstərib və göstərməkdədir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Kitabları Epik ənənə və müasir bədii nəsr. Bakı:Bilik, 1984–48 s. Qəribəm bu vətəndə. Ahıska türklərinin etnik mədəniyyəti. Bakı:"Gənclik", 1992–216 s. Мифологизм и фольклоризм современной прозы. Б., Изд-во АПУ им. Н. Туси, 1993–148 s. Поэтика современной прозы. Вопросы мифологического и фольклорного генезиса. Б., Мутарджим, 1997–204 с. Теория литературы. Учебное пособие. Б., Мутарджим, 1997–204 стр. – C. 125–140 (автор раздела "Литературный процесс") Axısqa türk folkloru.(tərtib, ön söz, toplayıcılıq, redaktə). B., Mütərcim, 1998 . — 228 s. Bayatı poetikası. B., "Elm", 2000 — 162 s. Ahıska türk folkloru. Ankara, 2001 Mifopoetik təfəkkür fəlsəfəsi. B., Mütərcim, 2002. — 164 s. Русская проза. Вторая половина XX века. Опыт мифопоэтического толкования. Б., изд-во "Китаб алями", 2003. — 192 c. Литература. Учебник для 8 класса азербайджанских школ с русским языком обучения. Б., "ХХI-YNЕ", 2006, 2010, 2012. 224 c. (соавтор и научный редактор) Литература. Учебник для 9 класса азербайджанских школ с русским языком обучения. Б., "ХХI-YNЕ", 2007 (соавтор и научный редактор) Axısqa türk folkloru.(Ön söz və şərhlərin müəllifi, folklor mətnlərinin toplayıcısı). B., Nurlan, 2008. — 280 s. Qurani Kərim rus ədəbiyyatında. B., Kitab aləmi, 2009. — 248 s. Ahıska türkləri: Vətən bilgisi. İstanbul, 2009[ http://www.ahiska.org.tr/wp_pdf/sayi20/parcali/43_sayi20.pdf] Kamal Abdulla: seçimin morfologiyası. B., "Mütərcim, 2010. 132 s. Ədəbiyyatşünaslığın tarixi və metodologiyası. B., Mütərcim, 2011. — 32 s. История и методология литературоведения. Б., Мутарджим, 2011. — 36 c. Rus Edebiyatında Kur'an-ı Kerim. İstanbul, Doğu Kütüphanesi, 2012 . — 250 s. (türkçe) Сетература: история, типология и поэтика русской сетевой литературы. Баку, Мутарджим, 2012. — 76 c. Типология русской прозы рубежа ХХ и ХХI веков. Баку, Мутарджим, 2012. — 36 c. Национальный куррикулум по литературе для школ с русским языком обучения (V–XI классы). Министерство Образования Азербайджанской Республики. Баку, 2012 (председатель рабочей группы).