Nanay dili (keçmiş adı qold dili) — Nanayların dili. Tunqus-mancur dillərinə daxildir. Bu dildə Rusiyada 1.347 nəfər adam danışır.2010-cu il siyahıyaalınmasına əsasən 3 dialektə bölünür: Amur, Kurirmi və Sunqari. Sunqari dialekti əsasən Çində danışılır. Ədəbi dil Amur dialektinin nayxi şivəsinə əsaslanır. Yazıda 1931-ci ildən 1963-cü ilədək latın əlifbasından istifadə olunmuş, 1963-cü ildən sonra isə kiril əlifbasından istifadə olunmaqdadır.

Mənbə ASE, VII cild, Bakı, 1983-cü il, səhifə 155.

İstinadlar

Kateqoriya:Dillər Kateqoriya:Rusiya dilləri Kateqoriya:Rusiyada yaşayan etnik qruplar