Karol Lombard — ABŞ kino aktrisası. O, xüsusilə screvball komediya janrındakı enerjili və qeyri-adi rolları ilə tanınmışdır. Lombard Klassik Hollivud kinosu dövrünün əsas ulduzlarından biri hesab olunur. 1999-cu ildə Amerikan Film institutu tərəfindən klassik Hollivud kinosunun ən böyük qadın kino ulduzları siyahısında 23-cü yerə layiq görülmüşdür.

Həyatı Karol Lombard 6 oktyabr 1908-ci ildə ABŞ-ın İndiana ştatının Fort Ueyn şəhərində anadan olmuşdur. Əsl adı Jane Alice Peters idi. Uşaqlıq illərini Los-Ancelesdə keçirmişdir. 12 yaşında rejissor Allan Dvan tərəfindən kəşf edilmiş və ilk dəfə A Perfect Crime (1921) filmində çəkilmişdir.

16 yaşında Fox Film Corporation ilə müqavilə imzalamış, lakin burada əsasən kiçik rollarda çıxış etmişdir. 1927-ci ildə avtomobil qəzası nəticəsində üzündə çapıq yaranmasına baxmayaraq, aktyorluq karyerasını davam etdirmişdir.

Kino karyerası 1927–1929-cu illərdə Mek Sennett studiyasında qısametrajlı komediyalarda iştirak etmiş və komediya janrında təcrübə qazanmışdır. Daha sonra Hay Voltac (1929) və The Racketeer (1929) kimi filmlərdə rol almışdır.

İstinadlar Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Nevadada vəfat edənlər Kateqoriya:Bəhailər Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Uşaq aktyorlar