Tamara GözəlovaNizamiqızı, H. Kinomuzun Gülnazı, televiziyamızın siması, kitablarımızın dostu...:[75 yaşlı Tamara Gözəlova-Ağamirovanın xatirələri] //Mədəniyyət.- 2015.- 13 fevral.- S.12. ) — Azərbaycan aktrisası, diktoru və mədəniyyət xadimi.
Həyatı Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb. 1956–1959-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub.
Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında "Məşədi İbad" adıyla məşhurlaşan "O olmasın, bu olsun" filmində məşhur Gülnaz rolunu canlandırıb.Gözəlova, T. "Məşədi İbad"dakı maraqlı yerlərin çoxu kəsildi: ["O olmasın, bu olsun" filmində Gülnaz rolunu canlandıran Tamara Gözəlova ilə söhbət] //Azadlıq.- 2011.- 1 fevral.- S.13. Bir övladı olan Tamara Gözəlova 2020-ci il 8 may tarixində xərçəng xəstəliyindən vəfat edib. Əhmədli kənd qəbiristanlığındə dəfn edilib.
Filmoqrafiya O olmasın, bu olsun (film, 1956) Üzeyir ömrü (film, 1981)
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Diktorlar Kateqoriya:Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin məzunları Kateqoriya:Azərbaycanda xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Əhmədli qəbiristanlığında dəfn olunanlar Kateqoriya:İçərişəhərdə_doğulanlar