Bayraqdar fəvvarəsi () İsveçrənin Bern şəhərinin Rathausplats meydanında yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi.

Tarix Fəvvarə Köhnə şəhər Ratuşa binasının önündə yerləşir. Fəvvarənin əsas bəzək elementi sayılan zirehli Bern bayraqdarının layihəsi 1542-ci ildə Hans Ginq tərəfindən tərtib edilmişdir. Bundan öncə, XIV əsrin taxta fəvvarəsi Şvendplats meydanda yerləşirdi. Bern sakinləri arasında "Bayraqdar" çox güclü mənəvi mövqe tutur. Kapitellərin yuxarı hissəsini dörd insan üz maskası bəzəyir.

1844-cü ildə meydanın yaxınlığında Nüdeqqbrükke körpüsünün tikintisi zamanı, fəvvarə müvəqqəti olaraq tikinti ərazisindən yığışdırılmışdır. Daha sonralar, yəni 1880–1913-cü illər arasında fəvvarə kiçik Amthausqasse döngəsində yer alırdı və yalnız 1913-cü ilin sonunda onu hazırkı meydana köçürmək barədə qərar alınmışdır.

İstinadlar

Xarici keçidlər

Informationen zum Vennerbrunnen auf g26.ch Kapitel "Vennerbrunnen" in Band 1 der "Kunstdenkmäler des Kantons Bern"

Həmçinin bax Bern fəvvarələri

Kateqoriya:Bern fəvvarələri