Anna Zayler fəvvarəsi () İsveçrənin Bern şəhərinin Marktqasse döngəsində yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi.

Tarix XIV əsrdə taxta materiallardan inşa edilmiş fəvvarə 1545–1546-cı illərdə yenisi ilə əvəz edilmişdir. Fəvvarənin heykəli heykəltaraş Hans Ginq tərəfindən hazırlanmış və əsas fəzilət rəmzlərindən sayılır. Fəvvarə bir əlində fincan tutan, digər əli ilə isə küpədən su tökən qadını ifadə edir. Qadının üzərində o dövrə aid mülki geyim var. Onun geyimi uzun qırçınlı ətək, kvadrat dekolte, kəmər və lifdən ibarətdirInselspital website-Home Page accessed April 25, 2008 .

Fəvvarə əvvəllər həbsxana olan qüllənin yanında yerləşir. Bu səbəbdən o əvvəllər Kefibrunnen adlanırdı (, Chefi — Bern ləhcəsində "həbsxana" deməkdir). Fəvvarənin hazırkı adı Bern Xəstəxanasının təsisçisi Anna Zaylerin adından götürülmüşdürCopy of Anna Seiler's will, translated into modern German accessed April 25, 2008 .

İstinadlar

Xarici keçidlər Infos zum Anna-Seiler-Brunnen auf g26.ch Kapitel "Anna Seiler-Brunnen" in Band 1 der "Kunstdenkmäler des Kantons Bern"

Həmçinin bax Bern fəvvarələri

Kateqoriya:Bern fəvvarələri