Mariya Borodakova () — rusiyalı qadın voleybolçu. Dinamo Kazan klubunda kapitan olan Mariya blokçu möqeyində oynayır.
Karyerası Mariya Borodakovanın karyerasının çox hissəsi Dinamo Moskvada keçmişdir. Voleybolçu burada beş sezon forma geyindikdən sonra Əczacıbaşına transfer olunmuşdu. Moskvada keçirdiyi beş mövsümdə üç dəfə Rusiya çempionatının qızıl medalını qazanan voleybolçu Türkiyədə heç bir çempionluq yaşaya bilməmişdi. 2010-cu ildə transfer olunduğu Dinamo Kazanda ən böyük uğurlarını yaşayan Mariya burada kapitanlıq sarğısına da yiyələnmişdi. Klubla keçirdiyi ilk mövsümdə Rusiya çempionatını və kubokunu qazanan voleybolçu 2013–14 sezonunda Çempionlar Liqasının kubokunun başı üzərinə qaldırmışdı. Həmin mövsümün öncəsi və sonrası Rusiya çempionatı qazanan Dinamo Kazanın kapitana Mariya 2014-cü ildə Klublararası dünya çempionatıında da çempionluq sevinci yaşamışdı.Maria Borodakova
Borodakovanın milli komanda karyerası da klub karyerası kimi rəngarəndir. Hər bir voleybolçunun qazanmaq arsuzu olduğu dünya çempionatında iki dəfə fəxri kürsününün ən yüksək pilləsinə qalxmışdı.
Uğurları
Klublar ilə Rusiya çempionatı: 6 2005–06, 2006–07, 2008–09, 2010–11, 2011–12, 2012–13
19px Rusiya kuboku: 2 2010, 2012
19px Klublararası dünya çempionatı: 1 2014
16px Çempionlar Liqası: 1 2013–14
Milli komanda ilə 2005 Dünya Qran Prisi — Fayl:Med 2.png Gümüş medal 2005 Avropa çempionatı — Fayl:Med 1.png Qızıl medal 2006 Dünya çempionatı — Fayl:Med 1.png Qızıl medal 2009 Dünya Qran Prisi — Fayl:Med 2.png Gümüş medal 2010 Dünya çempionatı — Fayl:Med 1.png Qızıl medal
Şəxsi mükafatları 2006 Top Teams kuboku — "Ən Yaxşı Blokçu" 2011 Rusiya kuboku — "Ən Yaxşı Blokçu" 2012 Çempionlar Liqası — "Ən Yaxşı Blokçu" 2012 Rusiya kuboku — "Ən Yaxşı Blokçu"
İstinadlar
Xarici keçidlər FIVB — Scheda su Marija Borodakova
Kateqoriya:Rusiya voleybolçuları Kateqoriya:Dinamo Moskva QVK voleybolçuları Kateqoriya:Əczacıbaşı QVK voleybolçuları Kateqoriya:Dinamo Kazan QVK voleybolçuları Kateqoriya:Rusiyanın əməkdar idman ustaları