Namiq Zahid oğlu Məmmədov () — Azərbaycanın əməkdar rəssamı (2018), Azərbaycan Rəssamlar İttifaqının üzvü, peşəkar rəssam, dosent, “Humay” mükafatı laureatı.

Həyatı Namiq Zahid oğlu Məmmədov 1957-ci ildə Gəncə şəhərində anadan olub.

1982-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib.

1988-ci ildə Vilnüs şəhərində Litva Dövlət Rəssamlıq İnstitutunun Rəngkarlıq şöbəsini bitirib.

Yaradıcılıq fəaliyyəti

1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

2001-2006, 2010-2013-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Rəngkarlıq” kafedrasının müdiri vəzifəsində işləmişdir, dosentdir.

2019-2024-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Akademik rəngkarlıq kofedrasının müdiri, professor

Hələ yaradıcılığa başladığı ilk illərdən novatorluğa meyil göstərən rəssam bütün yaradıcılığı boyu öz ideyalarına sadiq qalmışdır.

Mükafatları 2003-cü ildə silsilə rəngkarlıq əsərlərinə görə “Humay” mükafatı laureatı olmuşdur.

27 may 2018-ci ildə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.

Sərgilərdə iştirak N.Z.Məmmədov 1983-cü ildən keçirilən regional və beynəlxalq sərgilərin iştirakçısıdır.

1993-cü ildə “7-ci mərtəbə” qrup sərgisi Səttar Bəhlulzadə adına sərgi salonu. Bakı. 1996-cı ildə – Fərdi sərgi – Bakı incəsənət Mərkəzi. 1997-ci ildə – Fərdi sərgi – Norveç, Oslo. 2000-ci ildə – Fərdi sərgi – Vəcihə Səmədova adına sərgi salonu. 2003-cü ildə – Fərdi sərgi – “Alban Oratoriyası” Art salon Bakı. 2008-ci ildə – Fərdi sərgi – Müasir incəsənət mərkəzi. İçəri şəhər. 1997-2001-ci ildə – Şəki simpoziumları. 2001-ci ildə – “Baku-Tbilisi-Ceyhan” divar rəngkarlığı simpoziumu. 2004-cü ildə – Azərbaycan rəssamlarının sərgisi, Hyuston, ABŞ, “Caspian” Art qallery. 2004-cü ildə – Fransa senatında Azərbaycan rəssamlarının sərgisi – Paris. 2004-cü ildə – Art Caucasus Ekspo – Tiflis. 2005-ci ildə – Azərbaycan rəssamların sərgisi – Moskva. Mərkəzi Rəssamlar evi. 2008-ci ildə – TÜRKSOY Beynəlxalq Rəssamlar Simpoziumu. Edirne şəhəri, Türkiyə 2009-cu ildə – Beynalxalq Biennale “Aluminium”. Bakı. 2010-cu ildə – “7-ci mərtəbə” sərgisi Muzey mərkəzi. Bakı. 2010-cu ildə – Fərdi sərgi – Danimarka, Kopenhagen. 2013-cü ildə – "Ənənə və müasirlik festivalı" çərçivəsində fərdi sərgi. Mərkəzi Rəssamlar evi. Moskva. 2013-cü ildə – Kannda (Fransa) Azərbaycan Mədəniyyəti günləri. 2015-ci ildə – Fərdi sərgi – Berlin, Almaniya Bakı-Berlin Qaleriyası 2017-ci ildə – Fərdi sərgi – Müasir İncəsənət Muzeyi, Bakı şəhəri 2017, 2018, 2019, 2022, 2023-cü illərdə "İlin əsəri" – Vəcihə Səmədova adına sərgi salonu, Azərbaycan Rəssamlar İttifaqı 2018-ci ildə Beynəlxalq Rəssamların Simpoziumu. Şimkənt şəhəri, Qazaxıstan 2023-cü ildə – Türkiyə Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş "100 il 100 əsər" Beynəlxalq Simpoziumu. İstanbul, Türkiyə

İstinadlar

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanlı rəssamlar Kateqoriya:Azərbaycan Rəssamlar İttifaqının üzvləri Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Azərbaycanın əməkdar rəssamları Kateqoriya:SSRİ rəssamları Kateqoriya:Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimləri Kateqoriya:XXI əsr rəssamları