Ədilə Namazova (bəzi mənbələrdə:Adilə Namazova, tam adı: Ədilə Əvəz qızı Namazova; ) — Azərbaycan pediatrı, kardioloq. Tibb elmləri doktoru (1965), professor (1966), SSRİ Tibb EA-nın müxbir üzvü (1971), Əməkdar elm xadimi (1981), Azərbaycan EA-nın həqiqi üzvü (1983), Rusiya Federasiyası Tibb EA-nın həqiqi üzvü (1993), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982).
Həyatı Ədilə Namazova 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta təhsilini Ağdamda almış, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlamışdır.
1965-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun klinik pediatriya kafedrasının müdiridir. 1965-ci ildə tibb elmləri doktoru dərəcəsi almışdır. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Hazırda Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının üzvüdür.
1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. AMEA-nın həqiqi üzvüdür. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinin sədridir.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. SSRİ Ali Sovetinin deputatı olmuşdur.
Adilə Namazovanın tədqiqatları uşaqlarda revmatizmin fəal dövründə ürəyin funksional vəziyyətinin, ürək arakəsmələrinin anadangəlmə qüsurlarının xüsusiyyətlərinin öyrənilməsi olmuşdur. O, ürək üzərində cərrahi əməliyyata — korreksiyaya göstəriş və əks-göstərişi müəyyənləşdirmiş, ilk dəfə olaraq ürəkdə aparılmış cərrahi əməliyyatların yaxın və uzaq dövrlərdə nəticələrini qiymətləndirmişdir.
Azərbaycanın ilk qadın pediatr alimi sayılır. 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir.
SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü olmuşdur.
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi " fəxri adı — 1981 Azərbaycan SSR əməkdar həkimi — 1982 "Azərbaycan SSR dövlət mükafatı" fəxri adı — 1982 ""Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı" fəxri adı — 1970 "Sağlamlığın qorunmasında fərqlənmə görə medalı" — 1979 "ÜİLKGİ Mərkəzi Komitəsinin "Fəxri Fərmanı" — 1945 "Səhiyyə əlaçısı — 1975 "Şöhrət" ordeni — 14 sentyabr 1996 ""Şərəf" ordeni — 2011 "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2016 "Akademik. M. Topçibaşov mükafatı laureatı və medalı — 2005 " Azərbaycan Milli Elmlər Akademiyasının "Akademik Miəsədulla Mirqasımov mükafatı" — 2016 "Rusiya Pediatrlar İttifaqının "Akademik G. Speranski Medalı" — 2016 "Moskvanın və bütün Rusiyanın Patriarxının "Müqəddəs Çar Dimitri" ordeni — 2007
Tədqiqat sahələri Uşaq xəstəliklərinin öyrənilməsilarda revmatizmin fəal dövründə ürəyin funksional vəziyyətinin öyrənilməsi; Uşaqlarda ürək arakəsmələrinin anadangəlmə qüsurlarının xüsusiyyətlərini öyrənilməsi, ürək üzərində cərrahi əməliyyata-korreksiyaya göstəriş və əks göstəriş müəyyənləşdirilməsi; İlk dəfə olaraq ürəkdə aparılmış cərrahi əməliyyatların yaxın və uzaq dövrlərdə (20 il) nəticələrinin qiymətləndirilməsi; Hipertoniya və hipotoniya xəstəlikləri uşaq və yeniyetmə yaşlarından başlayaraq insanın həyatı boyu bu və ya digər kəskinlikdə davam etdiyinin dünyada ilk dəfə olaraq sübut edilməsi; İlk dəfə olaraq hipertoniya və hipotoniya xəstəliklərinin uşaqlarda və yeniyetmələrdə təsnifatı.
Xatirəsi 2007-ci ildə "Salnamə" sənədli filmlər studiyasında çəkilmiş Akademik Adilə Namazova adlı qısametrajlı sənədli film həsr olunmuşdur.
Mənbə Orxan Zakiroğlu (Baharlı). Ağdam şəhər 1 nömrəli orta məktəbin tarixi (1883–1993). I kitab. Bakı, 2016
Həmçinin bax Azərbaycan Pediatrlar Assosiasiyası
İstinadlar
Xarici keçidlər Adilə Namazova. AMEA-nın rəsmi saytı . Yoxlanılıb 29. dekabr 2011.
Kateqoriya:Ağdam rayonunda doğulanlar Kateqoriya:SSRİ Ali Sovetinin deputatları Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Azərbaycanın qadın həkimləri Kateqoriya:Akademiklər Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Azərbaycanlı uzunömürlülər Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:Azərbaycan pediatrları Kateqoriya:AMEA-nın qadın həqiqi üzvləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Tibb Universitetinin müəllimləri Kateqoriya:Rusiya Elmlər Akademiyasının müxbir üzvləri Kateqoriya:SSRİ Dövlət mükafatı laureatları Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Azərbaycan SSR Elmlər Akademiyasının akademikləri Kateqoriya:Azərbaycanda qadın ilkləri