Nərgiz Əliyeva (d. ) — Azərbaycan tarixçisi, tarix üzrə elmlər doktoru, Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri.

Həyatı və təhsili Nərgiz Ağasəlim qızı Əliyeva 25 noyabr 1952-ci ildə Bakı şəhərində doğulmuşdur.Orta məktəbi 1969-cu ildə bitirmiş, həmin ildə BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsinə daxil olmuşdur.

Əmək fəaliyyəti 1974-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirən Nərgiz Əliyeva AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun böyük laborantı vəzifəsindən Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini vəzifəsinə qədər yüksəlmişdir . N. Əliyeva Muzeyin elmi ekspozisiyasının qurulmasında, muzey işlərinin planlaşdırılması və elmi hesabatların yazılmasında, elektron gidlərin və monitor təqdimatlarının hazırlanmasında, muzey materiallarının pasportlaşdırma və inventarlaşdırılmasının proqramlaşdırılması layihəsində, konfransların təşkilində və muzeyin elmi nəşrlərinin redaktəsində yaxından iştirak etmişdir. O, Muzeyin elmi nəşri olan toplusunun redaksiya heyətinin də üzvüdür. N. Əliyeva 1996-cı ildən tarix elmləri namizədi, 2012-ci ildən tarix üzrə elmlər doktorudur. Nərgiz Əliyeva 12 monoqrafiya, kitab, kitab-albom və 200-ə yaxın elmi məqalənin müəllifidir. Azərbaycanda və xaricdə (London, Moskva, Sankt-Peterburq, Milan, Mahaçqala, Tbilisi, Dəməşq, Karşi, Luqansk, Almatı, Astana, Konya, Bolu, Samsun, Ufa, Kazan, Varşava, Dehli, Bişkek, Daşkənd,Vitebsk və s.) elmi əsərlər dərc etdirməklə yanaşı 60-a yaxın simpozium və konfranslarda da maraqlı məruzələrlə çıxış etmişdir. Onun 22–26 fevral 2009-cu ildə Dəməşq Universitetində keçirilən beynəlxalq elmi konfransda "Orta əsrlərdə Azərbaycan və Suriya alimlərinin birgə elmi fəaliyyəti" mövzusundakı ərəb dilindəki məruzəsi böyük maraqla qarşılanmışdır. Bu münasibətlə ona konfransın rəyasət heyəti tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına ünvanlanmış təşəkkür diplomu da göndərilmişdir.

Nərgiz Əliyeva Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının sədr müavini və AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu nəzdində Dissertasiya Şurasının üzvüdür. Nərgiz Əliyeva Hindistanın Dehli şəhərində Azərbaycanın MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Hindistanın Jamia Millia İslamia Universiteti və Türkiyənin Selçuk Universitetinin birgə təşkilatçılığı ilə III Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Simpoziumunda "Orta əsrlərdə Azərbaycanda zərdüştilər" adlı məruzə ilə çıxış etmişdir.

Nərgiz Əliyeva tərəfindən İslamın və islam mədəniyyətinin yayılmasında rol oynamış, ölkənin mədəni quruculuğunda yaxından iştirak etmiş mədəniyyət daşıyıcıları-ziyalılar haqqında milli tarixşünaslıqda bu günə məlum olmayan informasiya üzə çıxarılmış, Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq XI–XIII əsrlər ərəbdilli bioqrafik ədəbiyyat öyrənilmiş, Azərbaycanda islam mədəniyyətinin yayılması və inkişafı prosesi izlənərək, İslam mədəniyyətinin təşəkkülündə Azərbaycan şəhərlərinin mövqeyi və elmi mühiti tədqiq edilmişdir. Akademiklərdən V. Məmmədəliyev, T. Bünyadov, prof. Əli Rəcəbli , tarix elmləri doktorları T. Dostiyev, S. Əliyeva, X. Qasımov və digər alimlərin ərsəyə gətirdiyi monoqrafiyaları təhlil edərək yazdıqları resenziyalarda tədqiqatları yüksək dəyərləndirmişlər. Hazırda Nərgiz Əliyeva Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri vəzifəsində çalışır. 2022-ci N. Əliyevanın 70 illik yubileyi AMEA-da qeyd edilib

Təltifləri 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı. 2016-cı ildə Nərgiz Əliyeva "Avropa Nəşr Mətbuat Evi"nin "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı və fəxri diplomu . 2017-ci ildə "Vətən və xalqa xidmətlərinə görə" "İlin alimi" ali media mükafatı ilə təltif edilmişdir"İlin alimi" nominasiyasının qalibləri FƏXRİ FƏRMAN. 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 60 illiyi ilə əlaqədar Fəxri Fərmanla təltif edilmişdir FƏXRİ FƏRMAN. 2022-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilmişdir FƏXRİ FƏRMAN. 2022-ci ildə  Elmi fəaliyyətində uğurlarına görə təltif edilmişdir

Monoqrafiya və kitabları Azərbaycan Yaqut əl-Həməvinin əsərlərində. Bakı, Çaşıoğlu, 1999, 244 s.Əliyeva, Nərgiz Ağasəlim qızı. Əs-Səmaninin "Kitab əl-Ənsab" əsəri Azərbaycanın mədəniyyət tarixinə dair mənbə kimi. Bakı, Şərq-Qərb nəşriyyatı, 2010, 220 s. İbn Makula azərbaycanlı ziyalılar haqqında. Bakı, Turxan NPB, 2014. 148 s. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyətləri. Bakı, Turxan NPB, 2015. 168 s. Azərbaycanın elmi-mədəni mühitinin öyrənilməsində ərəbdilli ədəbiyyatın rolu (XI–XIII əsrlər). Bakı, "Elm və təhsil" nəş., 2015, Şeyx əs-Siləfi və Azərbaycan. Bakı, "Elm və təhsil" nəşriyyatı, 2016, 160 səh. Ибн Макула о мухаддисах Азербайджана. Москва, НИИ ИЭП, 2016, 123 стр. "Davud bəy Şərifov" adlı kitab-albom (həmmüəllif) Bakı, "Elm və təhsil" nəşriyyatı, 2016, 58 səh. Milli Azərbaycan Tarixi Muzeyi: Tarix, Elm və Mədəniyyət (Məqalə və məruzələr toplusu). Bakı, "Elm və təhsil" nəşriyyatı, 2017, 200 səh. Azərbaycanda İslam Mədəniyyəti (VII–XIII). Bakı: "Elm və təhsil", 2017.–488 səh. "Hilafet`in bilim ve eğitim merkezlerinde Azerbaycan aydınları (Xilafətin elm və təhsil mərkəzlərində Azərbaycan ziyalıları") (İstanbul: Cinius nəşr., 2018, 201 s., tərc. S. Nematzade) "Mucəm əl-buldən" əsəri Azərbaycan və Qafqaz haqqında. Bakı, Elm və təhsil, 2020,-223 səh . كتاب الثقافة الاسلامية في أذربيجان (من القرن السابع الى القرن الثلث عشر). دبي دار الطبع: ارث،2022، 462 ص “Omonimlər lüğəti”ndə Qafqaz və Azərbaycan. Bakı, “Təhsil”, 2022.-80 səh. Azərbaycanın VII-XIII əsrlər tarixinin tarixşünaslığı. Monoqrafiya.Bakı, “Azpoliqraf”,2023.-424 səh. Azerbaycan`da türk-islam kültürü. I cilt. İstanbul, Cinius yayınları, 2021, 276 səh.(türk dilində)

İstinadlar

Kateqoriya:Azərbaycan şərqşünasları Kateqoriya:Azərbaycanlı şərqşünaslar Kateqoriya:Tarix elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:Azərbaycanın qadın tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları