Müsəllim Qaman oğlu Həsənov () — jurnalist, ssenarist, kino redaktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2018).
Həyatı Müsəllim Həsənov 1958-ci il dekabrın 22-də Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1985-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1985–1989-cu illərdə Azərnəşrdə çalışıb, 1989–1992-ci illərdə "Yeni Fikir" qəzeti redaksiyasında şöbə müdiri, redaktor müavini işləyib. 1992-ci ildən 1996-cı ilin sonuna qədər "Müstəqil qəzet"də çalışıb. 1997-ci ilin yanvarından noyabr ayına qədər "Panorama" qəzetində şöbə müdiri, 1997-ci ilin noyabrından 2000-ci ilin aprelinə qədər Azərbaycan Respublikası Prokurorluğunda mətbuat xidmətinin rəhbəri olub.
2002–2008-ci illərdə "Media-Holdinq" şirkətində çalışlb, "Bizim Əsr" qəzetində şöbə müdiri, "Lider" televiziyasında redaktor vəzifələrində işləyib.
"Lider" televiziyasında nümayiş olunan bir sıra sənədli filmlərin ssenari müəllifi və redaktoru olub.
2010-cu ilin yanvarından İctimai Televiziyanın "Carçı-Film" Yaradıcılıq Birliyində redaktor və böyük redaktor vəzifələrində çalışıb.
İctimai TV-də nümayiş olunmuş "Daşdan tikilmiş şəhər", "Amerika və amerikalılar", "Mübariz" (Milli Qəhrəman Mübariz İbrahimov haqqında) filmlərinin ssenari müəllifidir.
İctimai televiziyada nümayiş olunan "Bakı vaxtı" sənədli filmlər silsiləsinin müəllifi və aparıcısı olub.
2014-2020-ci illərdə Bakı Media Mərkəzinin redaktoru olub.
2016-cı ildə Ali Media mükafatı alıb.
1 avqust 2018-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
21 iyul 2025-ci ildə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunub.
İctimai televiziyada nümayiş olunan 100 verilişdən ibarət "XX yüzillik. Faktlar, hadisələr və insanlar" proqramının müəllifi və aparıcısı olub.
Tərcüməçi, ADU-nun professoru Şəhla Nağıyeva ilə evlidir, 3 övladı var.
Övladı Rəşad Müsəllim oğlu Həsənov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinidir.
Filmoqrafiya Bədii və sənədli filmlər: "İldırım"lı yolun yolçuları (film, 2003) 63-ün tutqun payızı (film, 2003) Unudulmuş qəhrəman (film, 2005) 106 nömrəli avtobusda partlayış (film, 2004) Daşdan tikilmiş şəhər (film, 2008) Uzun ömrün hekayəti. Əli Vəliyev "Gələcək gün" sorağında. Mirzə İbrahimov (film, 2011) Sönməyən işıq. M. F. Axundov (film, 2012) "Bənzərəm bir qocaman dağa ki…". M.Ə. Sabir (film, 2012) Dalan (film, 2012) Əbədi ezamiyyət (film, Bakı Media Mərkəzi, 2016) Bir günəş altında (film, Bakı Media Mərkəzi, 2017) Son iclas (film, 2018) İstiqlaliyyət (film, 2018) Şirvanşahlar. Azərbaycan dövlətçilik tarixinin möhtəşəm min ili (film, 2018) Deportasiya. 1948-ci ilin soyuq qışı (film, 2019) Yelenendorfdan Göygölə qədər (film, 2019) Səbirli adam. Mirzə Ələkbər Sabir (film, 2022) 270-ci səhifə (film, 2022) Şuşanın dağları başı dumanlı (film, 2022) Heydər Əliyev. Vyetnama xüsusi missiya ilə (film, 2023) Malayziyadan görünən Şuşa (film, 2024)
İtən şəhərlər: Babil (film, 2013)
"Amerika etüdləri" silsiləsi: Amerika etüdləri. Vaşinqtondan görünən Azərbaycan (film, 2012) Alnımızın Qarabağı. Amerikadan oxunanlar (film, 2012) Tarixdən səhifələr Nyu-York mozaikası Amerika etüdləri. Arlinqton məzarlığı (film) Tələbə dünyası
"Bakı vaxtı" silsiləsi: Şamaxı zəlzələsi İstiqlaliyyət küçəsi İsmailiyyə binası Opera və Balet teatrı Filarmoniya binası Azərbaycan prospekti Dəmiryol vağzalı 28 may küçəsi Xaqani bağı Fəvvarələr bağı Milli İncəsənət Muzeyi Hökumət evi Respublika stadionu
"XX yüzillik. Faktlar, hadisələr və insanlar" silsiləsi - 100 veriliş (İctimai TV)
"Qara bağ" tarixi verilişlər silsiləsi (İctimai TV) -hazırda yayımlanır
Kitabları Adi və qeyri-adi Amerika. Bakı, 2006 Qərib məzarlar. Fransa. Bakı, 2016. Heydər Əliyev Fondunun nəşri. Azərbaycanda gəmiçilik: sənədli tarix. Bakı, 2018. NOBELLƏR neft, milyonçular və qoçular şəhərində. Bakı, TEAS Press Nəşriyyat evi, 2018. Ulu öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti. Bakı, 2019 Hacı Zeynalabdin Tağıyev. Bakı, 2022. Neftimizin Avropaya uzun yolu. Bakı, 2025. "Əkinçi"-dən 50 il sonra. Bakı, 2025.
İstinadlar
Kateqoriya:Ssenaristlər Kateqoriya:Azərbaycan film redaktorları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçiləri Kateqoriya:3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilənlər