() Qısabığcıqlı düzqanadlılar () yarımdəstəsinə aid fəsiləüstü. Ümumi məlumat Bu fəsiləüstünə uzunluğu 4–9 mm-dən artıq olmayan və kiçik danadişiləri xatırladan xırda düzqanadlılar aiddir. Bu oxşarlıq bədənin eynitipli konfiqurasiyası və qazma üçün uyğunlaşmış ön ayaqların quruluşu ilə ifadə olunmuşdur. Bığcıqlar qısa olub cəmi 10 buğumdan ibarətdir. Bədəni bir qədər yastılanmışdır. Qanadüstüləri qısa, buynuz maddədən qismən atrofiya olunmuş damarlıdır. Qanadlar qanadüstündən uzun və ya qısa olur. Ayaqları qısa, ancaq tullanandır. Yırtıcı həyat tərzi keçirərək xırda cücülər və yağış qurdları ilə qidalanırlarAzərbaycanın heyvanlar aləmi. II cild. Buğumayaqlılar tipi. Bakı: Elm, 2004, (388 s.) səh. 118.
Təsnifatı Cylindrachetidae Ripipterygidae Tridactylidae İstinad
Mənbə BioLip Avropa faunası
Kateqoriya:Düzqanadlılar