thumbnail|Məbədin həyətindəki göl Ədəbiyyat Məbədi — Vyetnamın Hanoy şəhərində məbəd.

Tarixi Məbədin əsası 1070-ci ildə imperator Li Than Tonq tərəfindən qoyulmuşdur.Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Vyetnamda Ədəbiyyat Məbədi ilə tanış olub. trend.az Məbəd Çin alimi Konfutsiyə həsr edilmişdir.

İmperial Akademiya 1076-cı ildə Ədəbiyyat Məbədinin ərazisində Kral, dövlət qulluqçuları, zadəgan və digər elit təbəqəyə məxsus ailələrin övladlarının təhsil alması məqsədilə universitet - İmperial Akademiya yaradılmışdır. Bu, Vyetnamın ilk milli universiteti hesab olunur. Dövlət imtahanlarında yüksək nəticələr əldə etmiş şəxslərin adları məbədin həyətindəki xüsusi daş lövhələrin üzərində qeyd olunurdu. Həmin daş lövhələrdən 82-si hazırda məbədin həyətində nümayiş etdirilir.

Ərazisi Ümumi sahəsi 54 min kvadratmetr olan kompleksin ərazisində Ədəbiyyat gölü, park və s. vardır.

Yenidənqurma işləri Tran sülaləsinin hakimiyyəti dövründə (1225-1400-cü illər) məbəddə yenidənqurma işləri aparılmışdır. Təmir işləri digər sülalələrin hakimiyyətləri dövründə də ardıcıllıqla davam etdirilmişdir. Təqribən iki əsr ərzində müharibələrə və fəlakətlərə baxmayaraq, binanın orijinal memarlıq üslubu qorunub saxlanmışdır.

Ədəbiyyat Məbədində əsaslı təmir işləri 1920-ci, 1954-cü və 2000-ci illərdə aparılmışdır.

Tarixi abidə Ədəbiyyat Məbədi 1906-cı ildə - Fransa müstəmləkəçiliyi dövründə tarixi abidə kimi qeydiyyata alınmışdır. Kompleks 2010-cu ildə UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilmişdir.

Qalereya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1070-ci ildə yarananlar Kateqoriya:Hanoyun görməli yerləri