İsmayıl Teymur oğlu Abasov () — Azərbaycan qastroenteroloqu və terapevti, tibb elmləri doktoru (1966), professor (1967), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1989), Azərbaycan SSR Əməkdar elm xadimi (1984).
Həyatı İsmayil Abasov 21 avqust 1922-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Tibb Universitetində alıb. O, 1943-cü ildə universitetin Müalicə-profilaktika fakültəsini bitirib.
Əsas elmi nailiyyətləri Madə, bağırsaq və mədəaltı vəzi xəstəliklərinin klinikası, diaqnostikası və müalicəsinə dair bir çox məqalə və kitabların müəllifidir. Həzm orqanlarının müxtəlif xəstəlikləri zamanı onların funksional tədqiqatları aparılmışdır. Qaraciyərin funksional durumu ilə onun histoloji dəyişikliklərinin müqayisəli kliniki izahatı verilmişdir. Yeni diaqnostik və müalicəvi preparatlar öyrənilmiş və tətbiq olunmuşdur.
Həzm orqanları xəstəliklərinin Azərbaycanda epidemiologiyası, habelə mədəaltı vəzi və bağırsaq xəstəliklərinin endokrin orqanların funksional vəziyyətinə təsiri öyrənilmişdir.
Müxbir üzv İsmayıl Abasovun elmi fəaliyyətinin nəticələri respublikada və xaricdə çap olunmuş 300-dən artıq elmi əsərdə, həmçinin 15 monoqrafiyada öz əksini tapmışdır. Onun elmi rəhbərliyi altında 2 elmlər doktorluğu və 6 fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunmuşdur.
Əsas elmi əsərlərin adları Qastrologiya problemləri, Tokiyo, 1970, 65. (ingilis) Mədəaltı vəzinin xəstəliklərinin diaqnostikası, Bakı, 1972, 153. (rus) Mədə xəstəlikləri zamanı mədədaxili pH-metriyanın tətbiqi. Amer. J. Qastroenteroloji, 1977, 67, № 3, 229–234. (ingilis) Xroniki xorasız kolit, Bakı, 1984, 242. (rus) Həzm orqanları xəstəliklərinin müalicəsi və profilaktikası, Bakı, 1991, 239. (rus)
Əmək fəaliyyəti İsmayıl Abasov 1943–1946-cı illərdə İkinci Dünya müharibəsi zamanı ordu sıralarında alay həkimi kimi fəaliyyət göstərmişdir. 1946–1950-ci illərdə ATİ-də Terapevtik kafedrada ordinator, 1967-ci ildə professor, 1949–1968-ci illərdə ET Rentgenologiya, radiologiya və onkologiya İnstitutunda Terapiya şöbəsinin müdiri olmuşdur. Habelə 1988–2001-ci illərdə ET Qastroenterologiya İnstitutunda Terapevtik şöbənin müdiri, 2001–2006-cı illərdə elmi məsləhətçi vəzifələrində çalışmışdır.
Üzv olduğu cəmiyyətlər Ümumittifaq Qastroenteroloqlar və Terapevtlər Cəmiyyətinin İdarə Heyətinin üzvü (1976); SSRİ TEA-nın Qastroenteroloji problemlər üzrə Komissiyasının üzvü (1980–2008); Respublika Səhiyyə Nazirliyinin Elmi Tibb Şurasının Rəyasət Heyətinin üzvü (1968); Nazirliyin Baş qastroenteroloqu (1970); Azərbaycan Qastroenteroloqlar Cəmiyyətinin (1970–2008) üzvü;
Mükafatlar "Qırmızı ulduz" ordeni (1946); "Döyüş cəsarətinə görə" medalı (1944); "Almaniya üzərində 1941–1945-ci illərdə qələbə" medalı (1945); I və II dərəcəli "Vətən müharibəsi" ordeni(1944, 1945); Azərbaycan SSR Dövlət mükafatı laureatı; "Əməkdar elm xadimi" fəxri adı (1984);
Vəzifəsi Terapevtik qastroenterologiya şöbəsinin professoru olmuşdur.
Ölümü İsmayıl Abasov 2006-cı ildə Bakıda vəfat edib.
İstinadlar
Xarici keçidlər Azərbaycanın elm xadimləri
Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan professorları