Raba, Rab (, ) — Avstriyada və Macarıstanda çay, Dunay çayının sağ qolu. Uzunluğu təqribən 400 km, hövzəsinin sahəsi 18 min km²-dən çoxdur. Fişbax Alp dağlarından başlanır. Aşağı axarı kanallaşdırılmışdır. Körmend şəhərindən aşağı gəmiçiliyə yararlıdır. Suvarmada istifadə olunur. Dyor şəhəri Rabanın mənsəbindədir.ASE, VIII cild, Bakı, 1984-cü il, səh. 53
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Avstriya çayları Kateqoriya:Macarıstan çayları Kateqoriya:Dunayın qolları Kateqoriya:Avropanın beynəlxalq çayları