Canəli Xanəli oğlu Əkbərov () — Azərbaycan xanəndəsi, professor (2008), Azərbaycan Respublikasının xalq artisti (1992).
Həyatı Əkbərov Canəli Xanəli oğlu 10 mart 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olmuşdur. Muğam sənətini atasından öyrənmiş, Azərbaycan Dövlət Filarmoniyası yanında muğam məktəbində təhsil almışdır. O, 1963–1964-cü illərdə Seyid Şuşinskinin, 1969–1972-ci illərdə isə Xan Şuşinskinin tələbəsi olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Musiqi Məktəbini bitirmişdir.
Canəli Əkbərov 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının, 1976-cı ildən isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
Xanəndə bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev – "Şah İsmayıl"), Aşıq qərib (Z.Hacıbəyov – "Aşıq Qərib") obrazlarını yaratmışdır. Canəli Əkbərov xarici ölkələrdə — Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdur.
Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiqi festivalında böyük nailiyyət əldə etmişdir. Canəli Əkbərov ifa etdiyi bütün muğamlar dəsgahlar vallara və disklərə yazılmışdır. Canəli Əkbərov muğam müəllimi kimi gənc xanəndələr nəslini yetişdirmiş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Canəli Əkbərov 22 oktyabr 2021-ci ildə vəfat etmişdir. Ustad sənətkar İkinci Fəxri Xiyaban'da dəfn edilib.
Təltif və mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 18 noyabr 1992 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 may 1989 "Şərəf" ordeni — 4 mart 2010 "Şöhrət" ordeni — 9 mart 2000 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002 1-ci dərəcəli "Əmək" ordeni — 9 mart 2020 "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqı) — 10 mart 2015
Filmoqrafiya Havalansın Xanın səsi (film, 2001) Mənsuriyyə sorağında (film, 2002) Zəlimxan dastanı (film, 2007) Biz qayıdacağıq (film, 2007) Muğamat var olan yerdə… (film, 2009) Sevda yolu. Canəli Əkbərov (film, 2010) İki xan arasında bir can (sənədli film)
İstinadlar
Ədəbiyyat Abdullayeva, S. Xalq artisti Canəli Əkbərovun 75 yaşı qeyd olunub: [Müslüm Maqomayev adına Dövlət Flarmoniyasında] //525-ci qəzet.- 2015.- 10 aprel. — S.7. Aydınoğlu, T. Yarım əsr milli musiqimizin xidmətində //Xalq qəzeti.- 2015.- 11 aprel.- S.7. Hüseynov, F. Sənətin 75-ci zirvəsində: Xalq artisti Canəli Əkbərovun yubileyi qeyd olundu: [Azərbaycan Dövlət Filarmoniyasında] //Mədəniyyət.- 2015.- 10 aprel. — S.5. Musaqızı, L. Uşaqlığı nağılvari keçən xanəndə //Kaspi.- 2015.- 17 aprel.- S.21. Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Talış müğənnilər Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycan xanəndələri Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:XXI əsr Azərbaycan müğənniləri Kateqoriya:XX əsr Azərbaycan müğənniləri