Hadisələr 1 yanvar Gecə saat 01:12-də İstanbulun Beşiktaş rayonu ərazisində yerləşən Reina gecə klubunda törədilmiş terror aktı. Terror aktı nəticəsində ilkin məlumatlara görə 39 nəfər həlak olmuş, 69 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. 2017-ci ildə İsveçrənin Qotard baza tunelinin açılışı olacaq. Qırğızıstan dövriyyəyə yeni əskinaslar buraxmışdır. 4 yanvar — Sorin Qrindyanu Rumıniyanın yeni baş naziri təyin olunub. 7 yanvar — Nana Akufo-Addo Qana prezidenti vəzifəsinin icrasına başlayıb 20 yanvar — ABŞ prezidenti Donald Tramp səlahiyyətlərinin icrasına başlayıb. 13 fevral — Abigail Williams və Liberty Germanın qətli 12–22 may — IV İslam Həmrəyliyi oyunları Bakıda keçirilib. 4 iyul — Ermənistan Silahlı Qüvvələri Füzuli rayonu Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutmuşdur.

Doğumlar

Ölümlər 1 yanvar Aleksandr Çuçelov, yelkənli qayıqçı. Talat Tunçalp, Türkiyəli keçmiş professional velosiped yarışçısı. Emmanuel Niyonkuru, Burundi siyasətçisi. Entoni Atkinson, britaniyalı iqtisadçı. Derek Parfit, ingilis filosof. Karl Gerstner, İsveçrəli poliqrafik tərtibatı rəssamı. 2 yanvar Con Berqer, ingilis yazıçısı və incəsənət tənqidçisi. Viktor Tsaryov, rusiyalı futbolçu. François Çereke, Əmək ittifaqçısı. İstvan Tatar, Macarıstan sprinteri. 3 yanvar Peter Farmer, Britaniyanın səhnə tərtibatçısı, teatr rəssamı və kitab illüstrisayıçısı. Sesiliya Qonzalez Qomez, Meksikalı siyasətçi. Enzo Benedetti, peşəkar İtaliya futbolçusu. 4 yanvar Əliyar Səfərli, Azərbaycanın İrandakı keçmiş səfiri. Heybət Hörmət, Azərbaycan aktyoru və rejissoru. Anna Senkoro, Tanzaniyalı siyasətçi. Antoni Tu Şihua, Çin Vətənpərvər Katolik Assosiasiyasının yepiskopu olmuşdur. 5 yanvar Leonardo Benevolo, İtaliya memarı. Rafiq Subaye, Suriya film aktyoru, yazıçı. 6 yanvar — Yaron Ben-Dov, peşəkar İsrail futbolçusu. 8 yanvar — Əli Əkbər Haşimi Rəfsəncani, İran siyasətçisi. 16 yanvar — Camal Yusifzadə, Azərbaycan şairi. 18 yanvar — Piter Abrahams, Cənubi Afrika yazıçısı. 23 yanvar Faiq Qasımov, Azərbaycan aktyoru. Təvəkkül Əliyev, Azərbaycan aktyoru. 27 yanvar — Rimma Abdullayeva, Azərbaycanın əməkdar mədəniyyət işçisi, film direktoru, prodüser. 5 fevral — Rafiq Dadaşov, Azərbaycan rejissoru. 12 fevral — Kübra Dadaşova, Azərbaycan aktrisası. 16 fevral — Şahin Zəkizadə, Azərbaycan rejissoru. 12 mart — Oqtay Haqverdiyev, Azərbaycan iqtisadçısı. 16 mart — Mövlud Mövlud, Azərbaycan jurnalisti və yazıçısı. 21 mart — Əsgər Rəhimov, Azərbaycan teatr və kino aktyoru. 28 mart — Firuz Xudaverdiyev, Azərbaycan teatr və kino aktyoru. 31 mart — Xalid Ağcatəpə, Türk kino aktyoru. 1 aprel — Yevgeni Yevtuşenko, Rusiya şairi. 23 aprel — Ramiz Zöhrabov, Azərbaycan musiqişünası. 9 iyun — Natiq Əliyev, Azərbaycanın Sənaye və Energetika naziri. 13 iyun — Rauf Əliyev, Azərbaycan bəstəkarı. 15 iyun — Aleksey Batalov, Rusiya aktyoru. 26 iyun — Qəndab Quliyeva, Azərbaycan xanəndəsi. 2 iyul — Xumar Zülfüqarova, Azərbaycan rəqqasəsi. 3 iyul — Paolo Villaco, İtaliya aktyoru. 4 iyul Telman Əliyev, Azərbaycan aktyoru. Zəhra Quliyeva, Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş 17 aylıq körpə. 5 iyul — Oleq Litvin, Azərbaycan fotomüxbiri. 31 iyul — Janna Moro, Fransa aktrisası. 5 sentyabr — Nikolas Blumberqen, Amerika fiziki. Nobel mükafatı laureatı.

İstinadlar