thumb|25 ere nominalında island markası-ferraritet

Ferraritet (Ferrari soyadı ilə “raritet” sözünün birləşməsindən yaranmışdır; ing. Ferrarity) - saxta poçt markası (həqiqi qəlib və orijinal materialların köməyi ilə hazırlanmış da ola bilər). 1900-cü illərdə Filip la Renotyer de Ferrari (1848-1917) tərəfindən nadir markaların toplanması haqqında məlumatlar geniş yayıldıqdan sonra onu aldatmaq üçün belə markalar hazırlanırdı Филателистический словарь Граллерта и Грушке/Статьи "Ферраритеты" и "Феррари, Филипп ля Ренотьер де"'', стр.194-195

Tarixi thumb|right|250px|Filip la Renotyer de Ferrari XIX-XX əsrlərin qovşağında Parisdə yaşamış varlı italyan Filip la Renotyer de Ferrari məşhur filatelist idi və poçt markalarının ən iri və məşhur özəl kolleksiyasına sahib idi. Onun kolleksiyasında bir çox nadir markalara (məsələn, “Britaniya Qvianası”, mavi və çəhrayı “Mavriki”lər, “Havay missionerləri”, “Sakson üçlükləri” və s.) rast gəlmək olardıФилателистический словарь Граллерта и Грушке/Статьи "Ферраритеты"'', стр.194.

Ferrarinin nadir markalara olan marağını bilən saxta marka hazırlayanlar onun axtardığı markaları ona satmaq üçün hazırlayırdılar . O yeni markaları alarkən özünü çox impulsiv aparırdı və demək olardı ki, onu markaların qiyməti maraqlandırmırdı "Ferrarities", Stamp Collecting, vol. 16, no. 14, 9 July 1921, p. 383..

Ferrarinin ölümündən sonra onun kolleksiyasında ekspertlər tərəfindən aşkar edilmiş çoxlu saxta “nadir” markalar ironiya ilə “ferraritet” adlandırılmağa başladılar.

Ferrarinin kolleksiyasının taleyi 1917-ci ildə vəfat etmiş Ferrarinin kolleksiyası Berlin Poçt muzeyinə vəsiyyət olunmuşdu. Lakin bu kolleksiya Fransa hökuməti tərəfindən müsadirə edilmiş, 1921-1926-cı illərdə müxtəlif hərraclarda satılmış Большой филателистический словарь (Л — Я) və satışdan 402 965 funt sterlinq əldə edilmişdir. Hərraclardan qazanılmış vəsait Almaniyanın ödəməli olduğu təzminatın hesabına nəzərə alınmışdır .

Ferraritet adlandırılan markalara adətən ikili, üçlü və ikitərəfli şəkildə çap edilən markalar, qəsdən kəsilmiş markalar və s. aid edilir.

İstinadlar

Kateqoriya:Filateliya Kateqoriya:Poçt markaları Kateqoriya:Filateliya terminləri