Bradi — Azərbaycan Respublikasının Lerik rayonunun Dəstər kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
Əhalisi Əhalisi 443 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimiyası XIX əsrdə Bradi (indiki Yuxarı Bradi) kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Toponimin ikinci komponenti Talış dilində bur (hündür, yüksək) və di (kənd) sözlərindən ibarət olub (-a bitişdirici sait), "yüksəklikdə yerləşən kənd" deməkdir. Birinci komponent isə kəndin coğrafi mövqeyini göstərir. Oykonim "Bradi kəndinin aşağı hissəsi" deməkdir.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 144.
Tarixi 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Dəstər kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Bradi kəndi Bradi kəndi adlandırılmışdır.Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 29 mart 2005-ci il tarixli 871-IIQ saylı Qanunu — e-qanun.az saytı
İstinadlar
Kateqoriya:Lerik rayonunun kəndləri