Paşa Əli oğlu Kərimov () — filologiya elmləri doktoru, ədəbiyyat tarixinin tədqiqatçısı, mətnşünas alim, AMEA Əlyazmalar İnstitutunun icraçı direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, UNESKO-nun Dünya yaddaşı proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədr müavini
Həyatı Paşa Kərimov 10 fevral 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirib. 1982-ci ildən Əlyazmalar İnstitutunda işləyir. 1991-ci ildə "Əlican Qövsi Təbrizinin "Divan"ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni" mövzusunda namizədlik, 2012-ci ildə isə "XVII əsr anadilli Azərbaycan lirikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1999–2003-cü illərdə institutun elmi katibi işləmişdir. 2003–2011-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2011-ci ilin 1 noyabrından AMEA Əlyazmalar İnstitutunun direktor vəzifəsini icra edib. 2014–2021-ci illərdə direktor müavini, 2015–2021-ci illərdə həm də "Multidistiplinar əlyazmalar və çap kitabları" şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci il Noyabr ayından Əlyazmalar İnstitutunun icraçı direktorudur. AMEA Əlyazmalar İnstitutunun nəzdindəki 7213.01-"Dinşünaslıq" üzrə birdəfəlik ixtisaslaşdırılmış dissertasiya şurasının sədridir. Azərbaycan Tərcümə Mərkəzinin elmi şurasının, Nizami adına Milli Ədəbiyyat Muzeyinin elmi şurasının, Respublika Elmi Tədqiqatlari Əlaqələndirmə Şurasının Filologiya Problemləri Üzrə Elmi Şurasının, Milli Təhsil Muzeyi qiymətləndirmə şurasının üzvüdür. "Azərbaycan","Multikulturalizm", "Filologiya məsələləri", "Əlyazmalar Yanmır", Əlyazmalar İnstitutunun "Elmi əsərlər" jurnalının redaksiya heyətinin üzvüdür. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Klassik ədəbi abidələrimizin filoloji və tekstoloji araşdırılması və nəşrə hazırlanması işi ilə məşğul olur. İlk dəfə olaraq XVI–XVII əsr Azərbaycan şairlərindən Qövsi Təbrizi, Mürtəzaqulu xan Şamlu, Vəhid Qəzvini, Sadiq bəy Əfşar, Yusif bəy Ustaclu və b. türkcə divanlarını, XIX əsr şairi Mirzə İsmayıl Qasirin şeirlərini və bir sıra başqa abidələrimizi çap etdirmişdir. Azərbaycan tarixində əhəmiyyətli rola malik bir çox əlyazmaların AMEA Əlyazmalar institutuna gətirilməsinə nail olub. Şah İsmayıl Xətainin ana dilində fərmanı
2016–2017-ci tədris illindən AMEA Əlyazmalar İnstitutunun magistrlarına "Yazılı abidələrin nəşri problemləri" mövzusunda mühazirələr deyir. Dahi Şairimiz Əli Kərimin oğludur. Fizika-riyaziyyat elmləri doktoru, Professor Azər Kərimovun qardaşıdır.
Ankara, Daşkənd, Kabil, Məzari-Şərif, Herat, Aşqabad, Təbriz, İslamabad və digər şəhərlərdə keçirilən beynəlxalq konfranslarda, 2011-ci ildə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikan və Romada təşkil olunmuş Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmişdir. 2009-cu ildə bir il müddətinə Prezident təqaüdçüsü olmuş, 2010-cu ildə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
2012-ci ildə Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi "Türk ədəbiyyatına xidmət baratı" mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 3 noyabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. 2017-ci il mart ayının 1-də baş tutmuş İqtisadi Əməkdaşlıq Təşkilatı-nın 13-cü sammitində Paşa Kərimov bu təşkilatın "Elm və texnologiya" nominasiyası üzrə mükafatına layiq görülüb. Mükafatı alimə Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif təqdim edib.
25 yanvar 2024-cü ildə Bakı şəhərində vəfat etmişdir.Tanınmış alim Paşa Kərimov vəfat edib
Filmoqrafiya № Filmin adı İl Ssenari müəllifi Əsər müəllifi Quruluşçu rejissor Aktyor İştirakçı Haqqında Filmin növü 1. Daş 1977Qısametrajlı Cizgi Filmi
Yaradıcılığı
Monoqrafiyaları Əlican Qövsi Təbrizi "Divanı"nın tekstoloji tədqiqi. Bakı, Nurlan, 2005 Qövsi Təbrizi "Divan" (elmi-tənqidi mətn) Bakı, Nurlan, 2006 XVII əsr Azərbaycan lirikası. Bakı, Nurlan, 2011 XVII əsr Azərbaycan poeziyası. Bakı, Nurlan, 2012 Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı. Bakı. Elm və təhsil, 2013
Tərtib etdiyi kitablar Əli Kərim. Qayıt. Şeirlər və poemalar. Bakı, Yazıçı, 1983 Mirzə İsmayıl Qasir. Şeirlər. Bakı, Yazıçı, 1983 "Keçmişimizdən gələn səslər". (V buraxılış) Bakı, Elm, 1987 Əli Kərim. Seçilmiş əsərlər. (I–II cildlər) Bakı, Azərnəşr, 1991 Məhəmməd Əmin Rəsulzadə. Əsrimizin Səyavuşu. Bakı, Gənclik, 1991 Əli Kərim. Mavi nəğmənin sahilində. Bakı, Yazıçı, 1991 Hacı Zeynalabdin Tağıyev. Bakı, Şuşa, 1993 Neyləyim, şeirlə dərd söyləyirəm. Bakı, Yurd, 1999 Tibet İncili və ya insan oğullarından ən yaxşısı müqəddəs İssanın həyatı. Bakı, Mütərcim, 2002 "Azərbaycan əlyazma kitabı tarixi" fənnindən xüsusi kurs proqramı. Bakı, Nurlan, 2002 Əli Kərim. Seçilmiş əsərləri. Bakı, Lider, 2004 Tibet İncili. İstanbul, İtil, 2004 Qövsi Təbrizi. "Divan". Bakı, Nurlan, 2005 Qövsi Təbrizi. Seçilmiş əsərləri. Bakı, Lider, 2005 Mürtəzaqulu xan Şamlu. Bakı, Nurlan, 2006 Nəcəfqulu bəy Şeyda. Şeirlər. Bakı, Nurlan, 2006 XVII əsr Azərbaycan lirikası (Antologiya). Bakı, Nurlan, 2008 Vəhid Qəzvini. Divan. Bakı, Nurlan, 2009 Sadiq bəy Əfşar. Şeirlər. Bakı, Nurlan, 2010 Təsir Təbrizi. Türkcə şeirlər. Bakı, Nurlan, 2011 Sadiq bəy Əfşar. Türkcə məktublar. Bakı, Elm və təhsil, 2012 Yusif bəy Ustaclu. Divan. Bakı, Elm və təhsil, 2012 Əliabbas Müznib. Natəvan Xurşidbanu. Bakı, Elm və təhsil, 2012 Əli Kərim. Seçilmiş əsərləri. (I cild). Bakı, Şərq və Qərb, 2013 Əli Kərim. Seçilmiş əsərləri. (II cild). Bakı, Şərq və Qərb, 2014 Nəcəfqulu bəy Şeyda. "Gülşəni-maarif" təzkirəsi. Bakı, Şərq və Qərb, 2014 Məhtimqulu Fəraqi. Divan. Tərtib və ön söz Bakı:"Elm və təhsil",2015 744s. İ. Osmanlı ilə Mirzə Baxış Nadimin "Seçilmiş əsərləri". "Alatoran", 2018. R. Kərimov ilə İbrahim Tahir qarabaği. Ömər Xəyyam rubailərindən tərcümələr. Bakı: "Elm və təhsil" 2019. Sevər Cabbarli ilə Cahana sığmaz Nəsimi (Qəzəllər). Bakı: Azərbaycan Dövlət Tərcümə Mərkəzi, 2019 Mirzə Baxış Nadim. Seçilmiş əsərləri (2-ci kitab). Bakı: Alatoran, 2020. R. Kərimov ilə
Məqalələri Misilsiz maddi-mənəvi xəzinə, nüfuzlu elmi tədqiqat mərkəzi Heydər Əliyev və Əlyazmalar institutu Əhməd Cəmil poeziyası ilə yeni görüş Əsərləri ilə yaşayan unudulmaz ədib Şair, alim və rəssam Sadiq bəy Əfşar məktubları:tariximizə dair mühüm ştrixlər2 Şair, alim və rəssam Sadiq bəy Əfşar məktubları:tariximizə dair mühüm ştrixlər1 Vaqif İbrahimi unutmamışam Klassik irsimizdən: İbrahim Tahir tərcümələrinin nəşri Nadir şahın tariximizə işıq salan məktubları Ədəbi irsimizin dəyərli səhifəsi – İbrahim Tahir yaradıcılığı Mənəvi-mədəni irs xəzinəmizin dəyərli inciləri Mir Möhsün Nəvvabın poeziyası Şüarımız birdir: İlham Əliyevlə irəli! Məxtumqulu Fəraqi və xvııı əsrdə Oğuz türklərinin ədəbiyyatı Abbasqulu ağa Bakıxanovun əlyazma irsi Hürufi şairi Süruri və onun yeni əldə edilmiş divanı Mirzə Saleh Təbrizi və onun yeni əldə edilmiş divanı Klassiklərimizin elmi tərcümeyi-halına doğru Səməd Vurğun və Məhəmmədhüseyn Şəhriyar Əliabbas Müznibin "Türkcə qəzəllər" antologiyası İbrahim Tahirin əsərlərinin ilk nəşri Yazıçı təxəyyülü və oxucu qavramı Qulam Məmmədli təzkirəsinin ilk nəşri Üzeyir Hacıbəylinin şəxsi arxivinin təsviri Şah Təhmasiblə Sultan Süleyman Qanuni arasındakı mənzum yazışma haqqında qeydlər Nəsimi ardıcılı Heyrətinin divanının yeni tapılmış əlyazma nüsxəsi barədə İbrahim Tahirin Xəyyamdan tərcümələri Filologiya elmində Turxan Gəncəyi zirvəsi Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 70 yaşında — Yubiley yazısı "Bu isimdə bir can…" və yaxud vətəni sevməyin şərtəri Klassik poeziyamızda qocalıq mövzusu Əlyazmalar İnstitutunun yeni tapıntıları Ədəbiyyatımız zaman və şəxsiyyət işığında Fərid Ələkbərli: dəyərli alim və insan XVII əsr Səfəvilər tarixinə dair anadilli diplomatik sənəd: Qəsri-Şirin sülh müqaviləsi Cəlil Məmmədquluzadənin naməlum məktubu Əli Kərim poeziyasında XX əsrin böyük elmi kəşflərinin əksi — Əli Kərim-90 Xaqani Şirvani — Şərq intibahının görkəmli nümayəndəsi Anadilli ədəbiyyatımızın möhtəşəm abidəsi — "Şühədanamə" Əli Kərim yaradıcılığında psixologizm Azərbaycan şairi Bəsiri və onun ədəbi irsi Mirə Baxış Nadim haqqında yeni məlumatlar Nəsiminin böyük tədqiqatçısı Mir Fəttah Marağayi Vaqif İbrahim sədaqəti Bərqi görünür küfr ilə iman arasında Cənublu Sabirin naməlum şeirləri Mirzə Mehdi xan Astrabadinin "İnşa" əsəri Cəlil Məmmədquluzadənin şəxsi arxivi ictimai fikir tariximizin öyrənilməsi baxımından dəyərli mənbədir "Nəş'ə Təbrizi" Cavad xanın qardaşı Fəthəli bəy Hali Gəncəvi və onun poetik yaradıcılığı Cavad xanın qardaşı Fəthəli bəy Hali Gəncəvi və onun poetik yaradıcılığı (2-ci hissə) Xoca Əhməd Yəsəvi yaradıcılığı və Azərbaycan ədəbiyyatı "Qurbani" dastanının İstanbul çapı… Həsən bəy Zərdabinin Bakı Şəhər Dumasındakı fəaliyyətinə dair tədqiqat XVII Əsrdə Azərbaycan-Özbək Ədəbi Əlaqələri Əlyazmalar institutunun nəşrləri (2015) — 1 Əlyazmalar institutunun nəşrləri (2015) — 2 Əlyazmalar institutunun nəşrləri (2016) Sadiq Bəy Əfşarin Türkcə Məktublari Əhmədi Təbrizinin "Yusif Və Züleyxa" Poemasi "Azərbaycan"-köhnə dost Yusif haqqında ilk Türk dastanı Qazi Bürhanəddin şeirlərinin mövzu dairəsi və bədii ifadə vasitələri Vəhid Qəzvini yaradıcılığının mövzu dairəsi və janr xüsusiyyətləri Qövsi Təbrizi yaradıcılığının tədqiqi və nəşri tarixi barədə Nəsimi əsərlərinin əlyazmaları və nəsimişünaslıq problemləri XVIII əsr Azərbaycan şairi Nəşə Təbrizi və onun türkdilli ədəbi irsi Professor Cahangir Qəhrəmanovun nəsimişünaslıq fəaliyyəti Əlyazmalar İnstitutu dünyanın ən zəngin mənəvi xəzinələrindən biridir Klassik yazılı abidələrimizin fədakar tədqiqatçısı Nəsimişünaslığa yeni baxış Məhtimqulu Fəraqi və Azərbaycan Real fakta və sənədə əsaslanaq — Bir daha Həsən bəy Zərdabinin doğum tarixi barədə Об азербайджанской тюркоязычной литературе XVII века Бакинские Рукописи Дивана Махтумгули Фраги Грани большого таланта Книга о погибших за веру Гюльшани-маариф Великий суфий XVII. yüzyıl Azerbaycan li̇ri̇k şi̇i̇ri̇ne halk edebi̇yatının etki̇si̇ Ali Şir Nevayi ve XVII. yüzyıl Azerbaycan li̇ri̇k şi̇i̇ri̇ Saib-i Tebrizî ve XVII. Yüzyıl Azerbaycan Lirik Şiirinde Hind Üslubu The Takbeyt Genre in the Azerbaijani Turkish Literature of the 17th Century About the recently discovered Istanbul. edition of the epos "Gurbani
Müsahibələr В некоторых источниках о Садиги говорят как об очень строптивом, непримиримом человеке Məşədi İbad "Tarixi-Nadir Nəsiminin Suriyanın döyüş bölgəsindəki məzarı Nəsiminin Avropa və Şərq poeziyasına böyük təsiri olub Рукописи не горят… От Адама До Султана. В Рукописях — История Человечества. Генеалогия в древних свитках Заместитель директора Института рукописей НАН Паша Керимов об уникальных литературных памятниках и их транслитерации "Xəmsə"nin ən qədim əlyazması 1318-ci ilə aiddir Əlyazmaları Şərqdən Qərbə daşıyan missionerlər idi AMEA Əlyazmalar İnstitutunun 2021-ci il üçün hesabatı Hər yazılan tarix olmasa da…
Aşkarladığı, surətlərini əldə etdiyi əlyazmalar ABŞ-nin Merilend ştatının Baltimor şəhərindəki Volters İncəsənət Muzeyində saxlanılan 15-ci əsr osmanlı şairi Ətainin Nizami Gəncəvinin təsiri ilə türkcə yazdığı "Miniatürlü xəmsə" əsəri Almaniyada yaşayan soydaşımız Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin xətt nümunələriŞah İsmayıl Xətainin xətt nümunələri aşkarlanıb Almaniyada yaşayan soydaşımız Məhəmmədəli Hüseyninin köməyi ilə, adı indiyədək ədəbiyyat tariximizə düşməmiş Abdulla Bərqi Xoyinin şerləriAbdulla Bərqi Xoyinin yeni şeirləri əldə edilib Ağqoyunlular və Səfəvilər dövründə yaşamış (XV–XVI əsrdə) Azərbaycan şairi Əhməd Şövqi Təbrizinin lirik şeirləri toplusu divanının Ankara Milli Kitabxanasında saxlanan nüsxəsiXV-XVI əsr şairi Əhməd Şövqi Təbrizinin divanı əldə edilib