"Xatabala" () — 1906–1916, 1922 və 1925–1926-cı illərdə Tbilisidə erməni dilində nəşr edilmiş həftəlik satirik jurnal. Redaktorları Astvatsatur Yeritsyan və Aşot Atanasyan olmuşlar.

Haqqında "Xatabala" jurnalının ilk nömrəsi 10 iyun 1906-cı ildə nəşr edilmişdir. Naşiri və redaktoru Tbilisidə rusdilli "Jqut" (cəmi bir nömrəsi çıxmışdır) və "Svistok" (cəmi iki nömrəsi çıxmışdır) jurnalları çıxarmış Astvatsatur Yeritsyan olmuşdur. Birinci Dünya müharibəsi dövründə 25 oktyabr 1914-cü il tarixli 7-ci nömrəsindən sonuncu nömrəsinə kimi ikidilli: erməni və rus dillərində nəşr edilmişdir. 1916-cı ildə 9 nömrədən sonra nəşri dayandırılmışdır.

Sovet dövründə iki dəfə dirçəldilmişdir. 1922-ci ildə cəmi bir nömrəsi, 1925–1926-cı illərdə toplam 7 nömrəsi çap olunmuşdur. Sonuncu nəşr edildiyi illərdə erməni, gürcü və rus dillərində çıxmışdır.

Fəaliyyəti Jurnalda satirik şeirlər, felyetonlar, təmsillər, tapmacalar və s. nəşr edilirdi. Osmanlı imperiyasının ermənilərə qarşı olan siyasətini pisləmiş, Zaqafqaziya xalqlarının dostluğunu təbliğ etmişdir. O, beynəlxalq hadisələri, xüsusilə, Şərqdəki hədisələri (Balkan xalqlarının azadlıq mübarizəsi, İranda məşrütə hərəkatı, Qərb imperializmi) öz səhifələrində işıqlandırmışdır.

Qevorq Başincağyan, Henrik Hrinevski, Qaregin Yeritsyan, A.Mirzoyan, İosif Rotter və Oskar Şmerlinq kimi rəssamlar, Atrpet (Sarkis Mubayajyan), Muşeq Baqratuni, Tmblaç Xaqan (Konstantin Məlik-Şahnazaryan), Qaregin Levonyan, Hovannes Tumanyan, Avetik İsahakyan, Arazi (Movses Harutunyan), Stepan Zoryan kimi şair və yazıçılar "Xatabala" jurnalı ilə əməkdaşlıq etmişlər.

Qalereya

Ədəbiyyat ԽԱԹԱԲԱԼԱ // Հայկական Սովետական Հանրագիտարան. հ․ 4, էջ 703. Əkbər Yerevanlı, "Խաթաբալա" շաբաթաթերթը Ադրբեջանի մասին ("Xatabala" həftəlik jurnalı Azərbaycan haqqında), Yerevan: Hayastan, 1974. Kövsər Tarverdiyeva, Azərbaycan mədəniyyəti erməni dövri mətbuatında (1850–1920), Bakı: Yazıçı, 1985. Mouradian, C. Caricature in the Armenian Press of the Caucasus / C. Mouradian // “Armenian Review”. – Cambridge, Volume 44, 1992, N 4. – P. 1–35.

İstinadlar

Xarici keçidlər

ԽԱԹԱԲԱԼԱ // Հայկական Սովետական Հանրագիտարան. հ․ 4, էջ 703. Kateqoriya:Erməni dilində jurnallar