Namus () — Aleksandr Şirvanzadənin 1885-ci ildə yazdığı eyniadlı romanı əsasında, 1925-ci ildə Hamo Beknazaryanın çəkdiyi ağ-qara, səssiz bədii film. Film ilk erməni bədii filmi sayılır.Golden Apricot — a new-born symbol of Armenia http://www.gaiff.am/about-us/history "Soviet Cinema in the Silent Era, 1918–1935 ", Denise J. Youngblood
Məzmun
Film XIX əsrin sonlarında Şamaxıda uşaqlıqdan qonşu və yoldaş olan nişanlı iki gəncin dramından bəhs edir. Gizli görüşən nişanlıları qızın atası görüşdə tutur. Atanın olduqca pis qarşıladığı bu görüşmə səbəbindən nişan pozulur. Daha sonra qızın atası Rüstəm adlı biri ilə öz qızını evləndirir. Bu evliliyə dözməyən qızın köhnə nişanlısı — Seyran içkinin təsiri ilə Rüstəmə onun arvadı — Süsən ilə yatdığını deyir. Sübut olaraqsa, uşaqlıqdan onda olduğunu bildiyi, döşündə xal olduğunu deyir. Rüstəm aldadıldığını düşünərək Süsəni öldürür. Danışdığı yalana görə Seyran peşman olsa da, artıq gec olur. 200px|thumbnail|right|Filmin rusca posteri, Leninqrad, 1926-cı il
Rollarda Baş rolda Hovhannes Abelyan və Hraçya Nersisyan çəkilmişdir.
Mənbə
Kateqoriya:Ermənistan filmləri Kateqoriya:1925-ci ilin filmləri Kateqoriya:Rusiya dövrü Azərbaycan haqqında filmlər Kateqoriya:Azərbaycan haqqında filmlər Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Pyeslərə əsaslanan filmlər