thumb|Həll yollarından biri: a7, b4, c2, d8, e6, f1, g3, h5:(87) Səkkiz vəzir problemi — Şahmat taxtasında səkkiz vəzirin bir-birini vurmadan necə yerləşdiriləcəyini müzakirə edən problemdir. Səkkiz vəzir problemi daha ümumi olan n vəzir probleminin xüsusi halıdır. n vəzir problemi n×n ölçülü şahmat taxtasında n sayda vəzirinin bir-birini vurmadan necə yerləşdirilməsi haqqında olan problemdir. Səkkiz vəzir problemi bizdən şahmat taxtasında səkkiz vəziri biri digərini vurmayacaq şəkildə yerləşdirməyi tələb edir. Yəni: eyni sıra, sütün və diaqonalda yalnız 1 vəzir ola bilər.
Tarixi Bu problem ilk dəfə 1848-ci ildə şahmat oyunçusu Maks Bezzel tərəfindən ortaya atılmışdır. Daha sonra Qauss, Qeorq Kantor tərəfindən haqqında araşdırmalar aparılmışdır. Məsələnin ilk həlli 1850-ci ildə F. Nauck tərəfindən verilmişdir. Həmçinin Nauck məsələni daha qlobal bir şəkilə n×n halına salmışdır.
Məsələnin həlli Səkkiz vəzir probleminin 92 həll yolu vardır. Digər həllər yuxarıdakı on iki həllin simmetrik çevrilməsi nəticəsində yaradılmışdır.
N vəzir problemi hələlik 26-a kimi həll edilmişdir. 27 və sonrası yüksək hesablama gücü tələb etdiyinə görə hələlik həll edilməmişdir.
Pascal proqramlaşdırma dilində həlli program eightqueen1(output);
var i : integer; q : boolean; a : array[ 1 .. 8] of boolean; b : array[ 2 .. 16] of boolean; c : array[ -7 .. 7] of boolean; x : array[ 1 .. 8] of integer;
procedure try( i : integer; var q : boolean); var j : integer; begin j := 0; repeat j := j + 1; q := false; if a[ j] and b[ i + j] and c[ i - j] then begin x[ i ] := j; a[ j ] := false; b[ i + j] := false; c[ i - j] := false; if i < 8 then begin try( i + 1, q); if not q then begin a[ j] := true; b[ i + j] := true; c[ i - j] := true; end end else q := true end until q or (j = 8); end;
begin for i := 1 to 8 do a[ i] := true; for i := 2 to 16 do b[ i] := true; for i := -7 to 7 do c[ i] := true; try( 1, q); if q then for i := 1 to 8 do write( x[ i]:4); writeln end.
Xarici keçidlər Digər proqramlaşdırma dillərində təsviri Java tətbiqetmə ilə ümumi metod n queens
Kateqoriya:Şahmat Kateqoriya:Riyazi teorem və məsələlər Kateqoriya:Alqoritmlər