Hovard Baskervil (tam adı: Hovard Konklin Baskervil, ; ) — Təbrizdəki Amerikan Memorial Məktəbinin (presviteriyan missiya məktəbi) amerikalı müəllimi. O, Məşrutə hərəkatı zamanı konstitusiya uğrunda apardığı mübarizə zamanı qətlə yetirilmişdir. Hovard "İranın amerikalı Lafayeti " adlandırılır.
Həyatı Hovard Paskervil 10 aprel 1885 -ci ildə Nebraska ştatının Şimali Platt şəhərində anadan olmuşdur. Onun atası və babası presviteriyan rahibləri idilər. O, 1907-ci ildə Prinston Universitetindən məzun olmuşdur, bununla yanaşı dini və boks təhsili almışdır. O, ABŞ prezidenti Vudro Vilsonla birlikdə hüquqşünaslıq və konstitusiya hökuməti barədə birlikdə kurs keçmişdir. thumb|left|İran Məşrutə Hərəkatı zamanı Ərk qalası yaxınlığındakı ABŞ konsulluğunda dalğalanan ABŞ bayrağı Hovard Paskervil 19 aprel 1909-cu ildə Təbriz şəhərində vəfat edib.
Cənubi Azərbaycandakı fəaliyyəti 1907-ci ildə Hovard İrana missioner fəaliyyətinə gəlmişdir. O, Təbrizdəki missioner məktəbi olan Amerikan Memorial Məktəbində işləməyə başlamış, tarix, ingilis dili və coğrafiya elmlərini tədris etmişdir. O, həmçinin qızlarla oğlanların birlikdə təhsil aldığı məktəbdə tennis və at sürmə peşəsini də tədris etmiş və şagirdlərə "Venesiya tacirləri"ni əsərini öyrətmişdir.
1909-cu ildə İranda konstitusiya inqilabı gedən zaman o, konstitusiyalı demokratiyanı müdafiə etmək üçün könüllü qüvvələr toplamaq qərarına gəldi. Təbrizdəki amerikan konsulu Uilyam F. Doti onu bu işdən çəkindirməyə çalışsa da, Hovard yüz nəfərdən ibarət dəstə düzəldərək Qacar royalistləri tərəfindən mühasirəyə alınan Təbriz şəhərinin mühasirədən azad edilməsi üçün döyüşdü. Bir qrup şagirdlə şəhəri mühasirədən çıxarmaq üçün etdiyi hücum zamanı Məhəmmədəli şahın ordusu tərəfindən snayper atəşi ilə qətlə yetirildi. Öldürülən zaman Hovardın 24 yaşı var idi. thumb|Təbrizdəki amerikan qəbirstanlığında Baskervilin başdaşı.
Hovard demişdi:
Hovardın dəfn mərasiminə minlərlə azərbaycanlı qatılmış və o, insanlar tərəfindən qəhrəman kimi qəbul edilmişdir. Hovard Təbrizdəki xristian qəbirstanlığında dəfn edilmişdir. Hovardın ölümündən 5 gün sonra Təbriz royalistlər tərəfindən ələ keçirilmişdir.
Dəfn mərasimində çıxış edən Həsən Tağızadə bu sözləri demişdi:
Təbriz xalçaçıları Hovardın Amerikada yaşayan anasına göndərilməsi üçün üzərində onun şəkli əks etdirilən xalça toxusa da, bu xalçanı Amerikaya göndərmək mümkün olmadı. Xalça Hovardın cəsarəti və qurbanlarına həsr edilmişdi.
Xatirəsi thumb|Təbriz xalçaçıları tərəfindən hazırlanmış və üzərinə Baskervilin şəkli həkk olunmuş xalça. ABŞ-İran münasibətlərinin ən pis olduğu dövrlərdə belə Hovard Baskervillin xatirəsi istisna olaraq qalmışdır. 1979-cu il girov böhranı zamanı münasibətləri yumşatmaq üçün bir qrup amerikalı ruhani İranı ziyarət etmişdi. Qrup məscidi ziyarət edən zaman ortayaşlı bir iranlı ayağa qalxmış və "bugünkü amerikan baskervilləri haradadır?" deyə qışqırmışdı.
Hovardın xatirəsi bir çox İran millətçisi tərəfindən mütəmadi olaraq yad edilmişdir. Onun adı küçələrə və məktəblərə verilmişdir.}} İnsanlar sərbəst formada onun məzarını ziyarət edirlər. Özünü "sehrli heyran" olaraq təqdim edən bilinməyən şəxs onun məzarının üzərinə sarı qızılgül əkir. Təbrizdəki Konstitusiya Evində onun büstü vardır. Büstün üzərində "vətənpərvər və tarixin yaradıcısı" sözləri yazılmışdır.
Həmçinin bax Məşrutə inqilabı
Mənbə
İstinadla
Ədəbiyyat
Əlavə ədəbiyyat
Xarici keçidlər A very detailed discussion of his life and efforts from Princeton University: Princeton.edu
Images of Revolution. The Constitutionalist Revolution: 1906–1909. Article on Iranian.com "I am Persia's" — American wife of a missionary in Tabriz writes on Baskerville's death. Image of a carpet made by people of Tabriz for his mother as a sign of appreciation NYTimes profile
Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:Təbrizdə vəfat edənlər Kateqoriya:ABŞ presviterianları Kateqoriya:İran Məşrutə inqilabı şəxsləri