Natəvan Qeybani — Azərbaycanlı aktrisa. “Yuğ” Teatrının ikinci yaş nəslinə mənsub aktrisalarından biridir.
Həyatı Natəvan Qeybani (Natəvan Qeybullazadə Əhlulla qızı) 24 Sentyabr 1973-cü ildə Xaçmazda anadan olub.
Fəaliyyəti Natəvan Qeybani “Yuğ” Teatrının ikinci yaş nəslinə mənsub aktrisalardan biridir. Teatrın səhnəsində qoyulan tamaşalarda bir çox rollarda çxış edib.
Aktrisa həmçinin dublyaj sahəsində uğurlu fərdlərdən biridir. 10 ildən çoxdur ki, dublyajda fəaliyyət göstərir.
9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Teatr səhnəsindəki rolları Sara (“Solğun çiçəklər”, C.Cabbarlı) Qızılgül (“Kiçik şahzadə”, A.Ekzüperi) Qaratoxmaq qadın (“At. Daş. Qadın”, T. Daimi) Uşaq (Mirzə Cəlilin “Lal” pantomiması əsasında “Meqapolis” tamaşası) Əmidostu (“Hop? Hop!”, M. Ə. Sabir) Divanə Qız (“Zindan guşəsindən bir səs və yaxud Divanə”, H.Cavidin altı poeziya nümunəsi əsasında) Xurşud (“Sən həmişə mənimləsən və yaxud Boyçiçəyi”, İ.Əfəndiyev) Varya (“Birinci akt”, A.P.Çexovun “Albalı bağı” komediyası əsasında)
Filmoqrafya 2 (film, 2009) (qısametrajlı bədii film) (filmi səsləndirən) Dolu (film, 2012)
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları