Ofeliya Aslan (Əfqanlı Ofeliya Rza qızı; ) — Azərbaycan aktrisası.

Həyatı Ofeliya Rza qızı Aslan 1939-cu ildə Bakıda doğulub. Məşhur aktyor Səyavuş Aslanla evlənəndən sonra əvvəlcə Aslanova, sonra isə Aslan soyadları ilə çıxış edirdi.

Ofeliya Aslan kiçik yaşlarından qəlbində səhnəyə məhəbbət bəsləyən Ofeliya Abbasqulu ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında (1956–1958), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (1958–1961) işləyib. 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xorunda oxuyub. 1965–1968-ci illərdə isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib. 1968-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa olub (qısa fasilələrlə).

Aktirsa Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Musiqili komediya aktyorluğu fakültəsində qiyabi təhsil alıb (1977–1983). Son illər Ofeliya Aslan Əfqanlı kimi çıxış ediridi.

O, Ofeliya Aslan keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub. Moskvanın Operetta teatrında tamaşaya qoyulmuş R. Hacıyevin "Mama, ya jenyus" əsərində Bibixanım rolunda çıxış edib.

Ofeliya Aslan Azərbaycan televizyasının bir sıra teletamaşalarında yaddaqalan rollar oynayıb.Mozalan Satirik Kinojurnalının bir neçə nömrəsində çəkilib. Aktrisa 54 il teatrda çalışsada heç bir fəxri ad verilməyib.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünəlayiq görülmüşdür.

thumb|right|Səyavuş Aslan və Ofeliya Aslan

18 may 2010-cu ildə 2-illik xəstəlikdən sonra 71 yaşında ürək tutmasından dünyasını dəyişib. Yasamal qəbiristanlığında dəfn olunub.

Aktyor Səyavuş Aslanın keçmiş həyat yoldaşıdır. Aktyor Rza Əfqanlının qızıdı

Əsas rolları Musiqili Komediya Teatrı Ev bizim, sirr bizim (N. Gəncəli) — Aytən Durna (S. Rüstəm) — Lalə Seyindik qız axtarır (Ş. Qurbanov) — Sevər Olmadı belə oldu belə (Ş. Qurbanov) — Matan Həyətim mənim həyatım mənim (Cahangir Məmmədov və Əşrəf Abbasov) — Cenni Həmişəxanım (S. Qədirzadə) — Diləzbər O olmasın bu olsun (Ü. Hacıbəyli) — Yengə Arşın mal alan (Ü. Hacıbəyli) — Telli Məmmədəli kurorta gedir (A. Zeynallı) — Şəfa Gözün aydın (M. Əlizadə) — Mehparə; Gövhər Beş manatlıq gəlin (M. S. Ordubadi) — Gülnaz Toy kimindir? (Məhərrəm Əlizadə və Ağası Məşədibəyov) — Ceyran Dağlar qoynunda (Ədil İsgəndərov və Əşrəf Abbasov) — Alagöz Nənəmin şahlıq quşu (Ə. Kürçaylı) — Nazlı Hicran (S. Rəhman) — Çarlston Təzə gəlin (Seyfəddin Dağlı və Cahangir Məmmədov) — Çətirgül Qaçırılmış qız (C. Məmmədov) — Rəxşəndə Şəngülüm, Şüngülüm, Məngülüm (R. Heydər) — tülkü Məzəli əhvalat (R. Qasımova) — arvad Danabaş kəndinin əhvalatları (C. Məmmədquluzadən) — Şərəf Siravi Seyfullanın xidməti əziyyətləri (S. Qənizadənin "Xor-xor" məzhəkəsi əsasında libretto) — Məryəm Bankir adaxlı (T. Vəliyeva) — Səmayə Volqalı canan (Ramiz Mustafayev, Abdulla Qüdrət) — Əntiqə

Filmoqrafiya Aktrisanın təbəssümü (film, 1974) Xoşbəxtlik qayğıları (film, 1976) Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (Aztv) Yol əhvalatı (film, 1980) Evləri köndələn yar (film, 1982) Sevdagül və Şarlotta (film, 1986) Ayrılıq imiş (film, 2008)

Mənbə Ofeyliya Əfqanlının bioqrafiyası – www.adam.az İlham Rəhimli- AZƏRBAYCAN DÖVLƏT MUSİQİLİ TEATR kitabı(səhifə 460–461)

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları