Naz Aydemir – Türkiyə milli voleybol komandasının əsas toppaylayıcısı. Red Bull şirkətinin Türkiyədə reklam müqaviləsi imzaladığı 7 idmançıdan biridir. Türkiyə milli komandasının və Qalatasarayın basketbolçusu Cenk Akyolun həyat yoldaşıdır.Naz Aydemir ve Cenk Akyol evlendi Həmçinin voleybolçu dünyaca məşhur alman futbolçu İlkay Gündoğanla da qohumdur.İlkay ve Naz kuzenmis

Karyerası Eczacıbaşının aşağı yaş qruplarında başladığı voleybol karyerasına on beş yaşında yüksəldiyi Eczacıbaşı A (əsas) komandası ilə davam etdi. Cəmi on beş yaşında peşəkar karyerasına başlayan voleybolçu 2005-06 sezonunda Türkiyə Qadınlararası Voleybol Çempionatının qalibi və bunu bacara bilən ən gənc türk voleybolçu oldu. Buradakı çıxışıyla 2008 Pekin Olimpiya Oyunlarının seçmə mərhələsində çıxış edən Türkiyə millisinin heyətinə ilk dəfə çağrılan voleybolçu seçmə mərhələdəki oyunu ilə millidəki yerini də möhkəmləndirdi. Həmin il gənclərin Avropa çempionatında "Ən dəyərli oyunçu" mükafatını qazanır və göstərdiyi oyunla Türkiyənin aparıcı voleybol klublarının diqqətini çəkməyə başlayırdı.

2009-10 sezonunu Fənərbaxçada keçirən Naz burada CEV Çempionlar Liqasının ikinciliyini qazanmışdır. Bunun yanında Türkiyə çempionatını, kubokunu və superkubokunu da qalibi ola bilmişdir. Fənərbaxçada karyerasının zirvəsinə çıxan voleybolçu yenidən Türkiyə çempionluğu və kubokunu qazanır. Ancaq onun üçün daha əlamətdar olan həmin il Türkiyədə ən yaxşı ötürücü olması idi. Bununla da yetinməyən Akyol həmin il kulublar arasında dünya çempionatının qızıl medalını da qazanam bilmişdir.

Vakıfbanka trasnfer olunduqdan sonra 2011-2012 sezonunda beş kubok birdən qaldırmışdır. Bunlar müvafiq olaraq, Türkiyə Qadınlararası Voleybol Çempionatı, Türkiyə kuboku və superkuboku, CEV Çempionlar Liqası və "Kulublar arası Dünya Çempionatı"dır.

2012-ci ilin yayında karyerasında ilk dəfə olaraq Olimpiya oyunlarında iştirak etmişdir. Londonda doqquzun yeri tutan Türkiyə milli komandasının ən yaxşı oyunçularından biri də Naz Aydemir olmuşdur.

Uğurları Milli komanda ilə 2011 Avropa Qadınlar Avropa Çempionatı - Bürünc Medal 2012 "Dünya Qranpiri"si - Bürünc Medal 2013 Aralıq dənizi oyunları - Gümüş Medal

Klublar ilə 2005-06 Türkiyə Voleybol Çempionatı - "Əczacıbaşı" ilə 2006-07 Türkiyə Voleybol Çempionatı - "Əczacıbaşı" ilə 2007-08 Türkiyə Voleybol Çempionatı - "Əczacıbaşı" ilə 2009-10 Türkiyə Voleybol Çempionatı - "Fənərbaxça" ilə 2010 Türkiyə Kuboku - "Fənərbaxça" ilə 2010 "Kulublar arası Dünya Çempionatı" - "Fənərbaxça" ilə 2012 CEV Çempionlar Liqası - "Fənərbaxça" ilə 2013 Türkiyə Voleybol Çempionatı - "Vakıfbank" ilə 2013 Türkiyə Kuboku - "Vakıfbank" ilə

İstinadlar

Kateqoriya:Türkiyənin qadın voleybolçuları Kateqoriya:Fənərbaxça QVK voleybolçuları Kateqoriya:Əczacıbaşı QVK voleybolçuları Kateqoriya:Vakıfbank Günəş Sığorta İstanbul QVK voleybolçuları Kateqoriya:İstanbulda doğulanlar Kateqoriya:Qalatasaray QVK voleybolçuları Kateqoriya:2015 Avropa Oyunlarında voleybolçular Kateqoriya:2009 Aralıq dənizi Oyunları yarışçıları Kateqoriya:İstanbul Bilgi Universitetinin məzunları