300px|thumbnail|Qədim Olimpiya şəhərindəki qaçış yarışlarının keçirildiyi stadion. E.ə. V əsrin ortalarında inşa edilib Olimpiya oyunları (yunanların (ellinlər) ən böyük milli bayramı. Dörd ildən bir Peloponnes yarımadasında yerləşən Olimpiya şəhərində keçirilirdi.
Oyunların yaranması thumbnail|right|Qədim Olimpiya şəhərinin XIX əsrdə çəkilmiş şəkli Qədim rəvayətə görə bu oyunlar hələ Kronosun dövründə İdalı Heraklın (Zevsin oğlu Herakl ilə qarışdırılmamalıdır) şərəfinə yaranmışdır.
Belə ki, rəvayətə əsasən Reya yeni anadan olmuş Zevsi kahinləri kuretlərə verir. Onlardan beşi Krit adasında yerləşən İda şəhərindən Olimpiyaya gəlir. Həmin vaxt Olimpiyada artıq Kronosun şərəfinə ucaldılmış məbəd var idi. Hamını qaçış yarışlarında məğlub edən Herakl cır zeytun ağacının budağı ilə mükafatlandırılır. Herakl həm də yarışları Olimpiyaya gəlmiş idiyalı qardaşların sayına görə beş ildən bir (bütün illər sayılır) keçirilməsinin əsasını qoyurSpivey, Nigel (2005). The Ancient Olympics . Oxford, England: Oxford University Press. ISBN 0-19-280433-2. Retrieved 2010-02-12. S. 225–226. . Lakin sonra oyunların keçirilməsinə son qoyulur. Oyunlar bir də e.ə. 776-ci ildə bərpa edilirSpivey, Nigel (2005). The Ancient Olympics . Oxford, England: Oxford University Press. ISBN 0-19-280433-2. Retrieved 2010-02-12. S. 229–232. .
Homerin İliadasında Elidanın (Olimpiya şəhərinin yerləşdiyi Peloponnes yarımadasında) sakinləri tərəfindən keçirilən kvadriqaların (dörd atlı döyüş arabası) yarışı haqqında məlumat verilir.
Qısa tarixi thumbnail|III əsrə aid olan 75-ci Olimpiya oyunlarından 78-ci oyunlara qədər (e.ə. 480-e.ə. 486-cı illər) və 81-ci oyunlardan 83-cü oyunlara qədər (e.ə. 456-e.ə. 448-ci illər) Olimpiya çempionlarının papirusun üzərindəki siyahısı. Siyahıda on üç idman növünün adı çəkilir: stadionda qaçış, güləş, boks (bu üçü həmçinin oğlanlar üçün ayrıca), 2 stadiyaya qaçış, dolixos (2 min metr), pentatlon, pankration, dəbilqə ilə hoplitlərin yarışı, kvadriqaların yarışı, at yarışı
Oyunlar Elidasın şahı İfit və Spartanın qanunvericisi Likurq tərəfindən bərpa edilir. İfit və Likurqun adları Olimpiyadakı Heranın məbədindəli diskin üzərində həkk olunub. Beləliklə e.ə. 776-cı ildən başlayaraq hər dörd ildən bir Olimpiya oyunları yenidən keçirilməyə başladı. Bu Olimpiya oyunları haqqında məlumat IV əsrin əvvəlində yaşamış Kesariyalı Yevseviy tərəfindən yazılmış Xronikada verilir. Qeyd etmək lazımdır ki, XIV Olimpiya oyunlarına qədər ancaq stadiy (192 m) məsafəsinə qaçışlar üzrə yarışlar keçirilirdi. Bu yarışlar üzrə ilk qalib Elidalı Koreb olub. Sonrakı illərdə oyunlara 2 stadiyaya qaçış, uzun qaçış (7 stadiya), güləş, beşnövçülük (pentatlon), boks, kvadriqaların (dörd atlı döyüş arabaları) yarışması, pankration, oğlanlar arasında (20 yaşa qədər) qaçış, güləş, boks və pankration, tam dəbilqəli qaçış (hoplitlərin qaçışı), iki atlı döyüş arabalarının yarışması, trubaçalanlar və carçıların yarışması, dörd və bir dayçalı döyüş arabaların yarışması kimi idman növləri əlavə olunur.
Oyunları bərpa edərkən İfit oyunlar zamanı müqəddəs sülh () elan edir. Sülhü xüsusi carçılar () əvvəlcə Elidada, sonra isə bütün Yunan şəhərlərində elan edirdilər. Sülhün davam etdiyi ay ἱερομηνία adlanırdı.
Oyunlarda yalnız təmiz yunanlar iştirak edə bilərdi. Barbar adlanan digər millətlər ancaq oyunları izləyə bilərdilər. İstisna romalılar üçün edilir. Belə ki, romalılar ölkənin sahibləri kimi, özləri qaydaları müəyyənləşdirə bilərdilər. Qadınlar isə, Demetranın kahinləri istisna olmaqla, yarışları heç izləyədə bilməzdilər. Ancaq qanılar öz döyüş arabalarını oyunlara göndərəkən, qiyabi olaraq yarışlarda iştirak edə bilədrdilər. Sparta şahının bacısı Kiniska hətta Olimpiya çempionu adını da qazana bilmişdir.
Oyunlar zamanı tamaşaçalın sayı çox olurdu. Çox adam oyunlarda istifadə edərək alış-veriş edirdi, şairlər və rəssamlar isə insanları fürsətdən istifadə edərək öz əsərləri ilə tanış edirdi. Oyunlar zamanı Yunanıstana bir sıra ölkədən səfirlər də göndərilirdi.
Bayram beş gün davam edirdi. Bunlarda bir hissəsi yarışlar, digər hissəsi isə dini qurbankəsmə mərasimləri, ainlər və qaliblərin şərəfinə verilən ziyafətlər üçün ayrılırdı. Pavsaniyin dediyinə görə e.ə. 472-ci ilə qədər bütün yarışlar bir gündə keçirilirdi, sonra isə bayramın bütün günləri keçirilməyə başladı.
293-cü Olimpiadanın 1-ci ilində (394-cü il) xristian olan bütöv Roma İmperiyasının sonuncu imperatoru Feodosi Olimpiya oyunlarını bütpərəstlərin (paqan) oyunu kimi qadağan edir. Olimpiya oyunları bir də 1896-cı ildə bərpa edilir (daha ətraflı Olimpiya oyunları məqaləsinə bax).
Yarışlar Yeni əlavə olunan yarış növlərinin xronologiyası left|thumbnail|Üzərində qaçıcılar təsvir olunmuş qədim yunan küpü e.ə. 724-cü ilə qədər ancaq stadiy (192 m) məsafəsinə qaçışlar üzrə yarışlar keçirilirdi.
XIV Olimpiya oyunlarında (e.ə. 724-cü il), Yevseviyə görə, yarışlara ikili qaçış (iki stadiyaya qaçış) əlavə olunub. Bu idman növündə ilk qalib Elidalı Hipen olub. Növbəti, 15-ci oyunlarda (e.ə. 720-ci il) uzun qaçış (7 stadiya) əlavə olunub. Həmin yarışlarda qalib Lakonikalı Akanf olub. Qeyd etmək lazımdır ki, Akanf həm də ikili qaçış yarışlarının qalibi olub. Həmin ildən etibarən idmançılar Akanf kimi lüt iştirak etməyə başladılarN.Yalouris.1976.The Olympic Games-through the ages. 18-ci Olimpiya oyunlarında (e.ə. 708-ci il) yarışlara iki yeni idman növü, güləş və beşnövçülük əlavə olunur. Güləşdə ilk qalib Lakonikalı Yevribat, beşnövçülükdə isə Lakonikalı Lampis olurlar.Yevseviyin xronikası
23-cü Olimpiya oyunlarından (e.ə. 688-ci il) boks üzrə yarışlar keçirilməyə başlanılıb. Həmin il boks üzrə keçirilən yarışların qalibi Smirnalı Onomast olur. 25-ci oyunlar zamanı (e.ə. 680-ci il) kvadriqaların (dörd atlı döyüş arabaları) yarışması əlavə olunur. Bu yarışların birinci qalibi Fivdən olan Pagon olur.
33-cü oyunlardan başlayaraq (e.ə. 648-ci il) pankration üzrə yarışlar (ilk qalib Sirakuzlu Liqdamis) və at çaparların yarışları (ilk qalib Fessaliyalı Kraksil) keçirilməyə başladı. E.ə. 632-ci ildə, 37-ci Olimpiya oyunlarında oğlanlar arasında (20 yaşa qədər) qaçış (alib Elidalı Polinik) və güləş yarışları keçirilməyə başladı. Bu güləş yarışlarında qalib olmuş lakonikalı Hipposfen sonralar 5 dəfə böyüklər arasında keçirilən güləş yarışlarının qalibi olur. 41-ci oyunlar zamanı (e.ə. 632-ci il) oğlanlar arasında boks yarışlara əlavə olunur. Burada qalib Sibarisli Filot olur.
thumbnail|Hoplitlərin qaçışı. E.ə. 323–322 illərə aid Benqazidə tapılmış qab e.ə. 520-ci ildə 65-ci Olimpiya oyunları zamanı hoplitlərin qaçışı adlanan (tam dəbilqəli qaçış) yarış oyunlara əlavə olunur. Bu yarışın ilk qalibi Herai şəhərindən olan Damaret olur. E.ə. 408-ci ildə 93-cü Olimpiya oyunlarında iki atlı döyüş arabalarının yarışları əlavə olunur. Bu yarışların qalibi Elidalı Yevaqor olur.
E.ə. 396-cı ildə 96-cı oyunlarda yeni və qeyri-adi bir yarışlar əlavə olunur. Bu zaman trubaçalanlar və carçılar da Olimpiya olyunlarında yarışmağa baəlayırlar. Trubaçalanların yarışmasında qalib Elidalı Timey, carçılarn yarışmasında isə Elidalı Kratey olur. 384-cü ildə 99-cu Olimpiya oyunları zamanı dörd dayçalı döyüş arabaların yarışması əlavə edilir. Bu yarışlarda Lakonikalı Yevribat qalib gəlir.
131-ci Olimpiya oyunları zamanı (e.ə. 256-cı il) bir dayçalı döyüş arabaların yarışması əlavə edilir. Bu yarışlarda Fessliyalı Hippokrat qalib gəlir. E.ə. 200-cü ildə isə oğlanlar arasında pankration yarışları oyunlara daxil edilir. Bu yarışların qalibi İsgəndəriyyəli Fedim olur.
Sonuncu tarixdə adı məlum olan Olimpiya oyunlarının qalibi İsgəndəriyyəli Heliodordur. O, e.ə. 217-ci (248-ci Olimpiada) və e.ə. 213-cü (249-ci Olimpiada) illərdə stadiya qaçışlarının qalibi olur. 249-cu Olimpiadadan sonra, Yevseviy, öz dediyinə görə, məlumat tapa bilməyib.
Qaçış left|thumbnail|Qədim Olimpiya şəhərində yerləşən stadionda qaçış yarışlarının başlandığı yer. Hər ayaq üçün bloklarda xətlər var Məsafəyə qaçış (, ) — stadionun bir tayından o biri tayına qədər 1 olimpiya stadiyası məsafəsinə (192 m) qaçış. İlk və 1-ci Olimpiadadan 13-cüsünə qədər (e.ə. 724-cü il) oyunlarda yeganə idman yarlşması idi. Olimpiya oyunları ənənəyə gğrə məhz bu yarışların qaliblərinin adı ilə tanınırdı (sonralar isə oyunlar nömrələnməyə başladılar). Böyüklər arasında yarışlar məsafəyə qaçışdan başlayırdı, daha sonra isə iki stadiyaya qaçış yarışları keçirilirdi. İdmançılar lüt şəkildə yarışırdılar. Qədim dövrün ən güclü qaçanı isə Rodoslu Leonid sayılırdı. O, e.ə. II əsrdə 4 Olimpiya oyunlarında 12 qələbə qazanmışdır.Pavsaniy. Elladanın təsviri. Qeyd etmək lazımdır ki, e.ə. 80-ci ildə (175-ci oyunlar) böyüklər arasında qaçış yarışları keçırılməmışdi, beləki Lutsi Korneli Sulla bütün idmançıları Romaya çağırmışdı. İkili qaçış (, ) — 2 stadiya məsafəsinə (384 m) qaçış. İdmançılar stadionun axırına qədər qaçır, dirəyin ətrafından dönüb geri qayıdırlar.Suda ensikpolediyası Bu idman növü üzrə yarlşlar 14-cü Olimpiyadadan etibarən (e.ə. 724-cü il) keçirilməyə başladı. Uzun qaçış (, ) — 7 stadiya məsafəsinə (1344 m) qaçış. İdmançılar stadionun axırına qədər qaçır, dirəyin ətrafından dönüb geri qayıdırlar, stadiyanı yenə qaçıb, digər dirəyin ətrafında fırlanıb geri dönürdülər. Bu idman növü üzrə yarlşlar 15-ci Olimpiyadadan etibarən (e.ə. 720-ci il) keçirilməyə başladı. Onu da qeyd etmək lazımdır ki, qaçış məsafəsi müxtəlif illərdə dəyişirdi, 7 stadiyadan 24 stadiyaya qədər (4608 m qədər). Tam dəbilqəli qaçış və ya hoplitlərin qaçışı (, ) — iki stadiya məsafəsinə əynində başı və ayaqları qoruyan dəbilqə, əlində qalxanla qaçış. Sonralar ancaq qalxanla qaçırdılar. Bu idman növü üzrə yarlşlar 65-ci Olimpiyadadan etibarən (e.ə. 520-ci il) keçirilməyə başladı. İdmançılar lüt şəkildə yarışırdılar. Hoplitlərin qaçışı ilə yarışlara son qoyulurdu.
Əlbəyaxa döyüşlər thumbnail|150px|İstirahət edən boksçu. Qədim yunan heykəli Boks (, ) yarışları Olimpiya oyunlarına 23-cü oyunlar zamanı (e.ə. 688-ci il) əlavə edilib. Rəqibdən bircə də olsun zərbə almayan idmançılar daha çox hörmət qazanırdılar. Qayadalar rəqibi tutmağ, badalağ vurmağ və ayaqla zərbə vurmağı qadağan edirdilər. Döyüşçülər əllərini dəri kəmərlər ilə sarıyırdılar. Buna baxmayaraq, bu idman növü ən təhlükəli idman növlərindən biri sayılırdı. Qədim müəlliflər sınmış burunları, çıxarılmıç dişləri, əzilmiş burunları qeyd edirlər. Həta idmançının ölümü istisna olunmurdu. II əsrdə yaşamış yunan tarixçisi Pavsaniy Krevq ilə Damoksenin döyüşündən bəhs edərkər, Damoksenin öz rəqibininin zərbəsi ilə içalatını çıxartdığından danışır. Qaydaları pozduğuna görə sakinlər Damokseni qovur, qələbəni isə artıq ölmüş Krevqə verirlər.
Boksçular yorulanda onlara istirahət etməyə icazə verilirdi. Əgər istirahətdən sonra da qalib məlum olmurdursa, onda idmançılar qorunmadan danışılmış sayda zərbələr endirirdilər. Rəqiblərdən biri təslim olanadək (əlini qaldırırdı) yarışlar davam edirdi. Qədim alimlər boks yarışlarını baş ağrısının qarçəsənə alan vasitə adlandırırdılar.
72-ci Olimpiya oyunları zamanı (e.ə. 492-ci il) Astipaleyidən olan Kleomed döyüş vaxtı Epidavrdan olan İkkanı öldürmüş və qalib adından məhrum edilmişdir. Ən güclü boksçu isə Siciliya adasında yerləşən Naksos şəhərindən olan Tisandr sayılırdı. O, 4 Olimpiyadada qalib gəlmişdir.
left|thumbnail|150px|İki pankrationçunun döyüşü. Afinadan olan və e.ə. 332-ci ilə aid olan amfora. Sağda hakimin çubuq tutmuş əlini görmək olur bu cür çubuq ilə qaydaları pozmuş idmançı (şəkildə raqibin əlini dişləyən) cəzalandırılırdı Pankration () — güləş texnikası, əl və ayaqlarla zərbələri özündə cəmləşdirən əlbəyaxa döyüş növüdür. “Pankration” sözü yunan sözləri “pan” və “kratos” sözlərinin törəməsidir və “tam güclə” mənasını bildirir. Rəqibi boğmaq olardı, dişləmək və gözlərini çıxarmaq isə qadağan idi. Bu idman növü oyunlara 33-cü Olimpiyadada (e.ə. 648-ci il) əlləri ilə nəhəng şiri boğmuş mifik Heraklın şərəfinə salınmışdır. Oğlanlar üçün isə pankration ancaq 145-ci Olimpiyadada (e.ə. 200-ci il) əlavə olunmuşdur.