Yusif İbad oğlu Qasımov () — Azərbaycan SSR ədliyyə naziri, Azərbaycan SSR Muğan mahalı (Petropavlovka dairəsi) Salyan qəzası inqilab komitəsinin sədri (1920).
Həyatı
Erkən illəri Yusif Qasımov 1896-cı ildə Cavad qəzasında anadan olmuşdur.
Kommunist Partiyasında fəaliyyəti 1918-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. 1918-ci il oktyabrın 20-də Qazax Müəllimlər Seminariyasında tarix fənləri üzrə müəllim olub.
1920-ci ildə Azərbaycan SSR Muğan dairəsinin Salyan qəzası inqilab komitəsinin sədri olub. Onun sözlərinə görə, 1920-ci illərin ikinci yarısında Azərbaycan kommunist partiyasında rəhbərliyində iki dəstə var idi: Birinci dəstəyə Mircəfər Bağırov, Ruhulla Axundov, Hüseyn Rəhmanov, Həbib Cəbiyev, ikinci dəstəyə isə Sultanməcid Əfəndiyev, Qəzənfər Musabəyov və o özü daxil idi.
1927-ci il noyabrın 19-da "Kommunist" qəzetinin Əhməd Triniç birlikdə redaktoru təyin edilib. 1930-cu illərdə Mərkəzi Komitənin katibi Vladimir Polonski, Nazirlər Sovetinin sədri Mir Cəfər Bağırov, Azərbaycan Respublikanın ikinci katibi isə Yusif Qasımov olmuşdur. Mir Cəfər Bağırov Daxili İşlər orqanında rəhbər olarkan Yusif Qasımovla arası olmamışdır. 1932-ci ildə fəalların yığıncağında Bağırovla Polonski birləşib Yusif Qasımovu işdən azad etmək üçün plan qururlar. Hər iki tərəfdən çıxışlar olur. Yığıncaqda Azərbaycan şairi Zülfüqar Əhmədzadə də çıxış etmişdi:
Məhz həmin çıxışdan sonra Zülfüqar Əhmədzadə Sovet hakimiyyəti tərəfindən "Xalq Düşməni" elan edildi. 1934-cü ildə Yusif Qasımov Sovet İttifaqı Kommunist Partiyasının "Qaliblər syezdi — XVII syezd" Leninqrad partiya təşkilatından nümayəndə seçilib.
1937-ci ilin iyun-sentyabr aylarında Şərq-Sibir bölgəsinin ikinci katibi olub. Həmin dövrdə NKVD SSRİ-nin 30.07.1937-ci il tarixli 00447 saylı əmri ilə yaradılan xüsusi üçlüyün tərkibində olub, Stalin repressiyasında aktiv iştirak edib.
Həbs olunması və son illəri thumb|Bakıda I Fəxri xiyabanda məzarı
1937-ci il 24 sentyabrda həbs olunub. RSFSR Cinayət Məcəlləsinin 58–1a, 58–8, 58–11 maddələrinin Leninqradda anti-sovet sağçılar təşkilatı iştirakçısı kimi ittiham olunub. 19 aprel 1938-ci il tarixli Stalinin edam siyahısında ölüm hökmünə məhkum olunsa da, 1938-ci il aprelin 21-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası onu 20 il əmək düşərgəsinə məhkum etdi. 1955-ci il əmək düşərgəsindən azad olunub və cinayətinin olmamasına görə reabilitasiya olunub. 1955-ci ildə Yusif Qasımovun məhkəmədə verdiyi ifadəyə görə, o, Lavrenti Beriya və Boqdan Kobulov ona qarşı istifadə edilən döyülmələr nəticəsində, Aleksandr Uqarov və Sergey Sobolyevın üzərinə böhtan atmağa məcbur oldu.
1957-ci il noyabrın 15-də Yusif Qasımov Bakıda vəfat etdi və I Fəxri Xiyabanda dəfn edilmişdir.
Şəxsi həyatı Abram adlı oğulluğu olub.
İrsi Salyan şəhərində küçə və 4 saylı orta məktəb onun adını daşıyır.
Təltif və mükafatları
İstinadlar
Xarici keçidlər Шатуновская О. Г. Об ушедшем веке. Рассказывает Ольга Шатуновская
Kateqoriya:Azərbaycan inqilabçıları Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibləri Kateqoriya:"Xalq qəzeti"nin ("Kommunist") baş redaktorları Kateqoriya:Azərbaycan SSR ədliyyə nazirləri Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Qasımovlar (Salyan) Kateqoriya:Azərbaycan SSR qəza inqilab komitələrinin sədrləri Kateqoriya:ÜİK(b)P-nin XVII qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin XII qurultayının nümayəndələri