Tuzxurmatu qəzası (ərəbcə: قضاء طوز خور ماتو) — İraq Respublikasının Səlahəddin mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Tuzxurmatu şəhəridir.

Ərazisi 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.316 km² ərazini əhatə edir.Iraq population statistics in GeoHive Global Statistics . United States of America, Arizona, Phoenix.

İnzibati-ərazi bölgüsü İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Tuzxurmatu nahiyyəsi (ərəbcə: ناحية طوز خور ماتو)مركز قضاء طوز خورماتو, Əmirli nahiyyəsi (ərəbcə: ناحية آمرلي) və Süleymanbəy nahiyyəsi (ərəbcə: ناحية سليمان بيك).

Əhalisi İnzibativahid Ərazi 2003-ci il 2007-ci il Ümumi % Ümumi % Səlahəddin mühafazası 24 075 km² 942 314 100.00 1 191 403ORSAM (Ortadoğu Stratejik Araştırmalar Merkezi): Joint Analysis Unit (JAU): Salah al-Din Governorate Profile – July 2009 100.00 Tuzxurmatu qəzası 2 316 km² 153 391 16.28 160 690 13.49

Etnik tərkibi Bölgədə həyata keçirilən lokal araşdırmaya əsasən 2009-cu ildə mühafazada təxminən 1.2 milyon nəfər, Tuzxurmatu qəzasında isə təxminən 190 min nəfər əhali yaşayır. Tuzxurmatu şəhəri və qəzadakı digər yaşayış məntəqələrində yaşayanlar da daxil olmaqla bütün qəzada toplam təxminən 75 min etnik türkman məskunlaşmışdır. Ancaq bundan əlavə də qeyd etmək lazımdır ki, qəzada yaşayan türkmanların bir qismi ərəbləşmişdir. Qəzanın inzibati mərkəzi Tuzxurmatu şəhərində yaşayan türkmanların əksəriyyəti şiə, az qismi sünnidir, əksinə kəndlərdə yaşayanların isə çoxu sünni, az hissəi isə şiə müsəlmanlardır. Qəzanın türkman əhalisi əsasən mənşəcə Bayat tayfasındandır.

Ən böyük yaşayış məntəqələri Tuzxurmatu şəhəri Yengicə kəndi Bastamlı kəndi Çardaqlı kəndi

İstinadlar

Mənbə