Elbrus Ərud (tam adı: Elbrus Ramiz oğlu Seyfullayev; ) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist
Həyatı 1979-cu il 29 dekabrda Biləsuvar rayonunun Nərimankənd kəndində doğulub. Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsini bitirib. Ukraynada Kiev Milli Dövlət Universitetinin Jurnalistika institutunda magistr təhsili alıb. 2003-2004-cü illərdə Xalq Cəbhəsi qəzetində, 2004-2010-cu illərdə APA agentliyində çalışıb.
2010-cu ildə "Qafqazinfo" xəbər portalını yaradıb və onun rəhbəridir. “Qafqazinfo.az” saytının rəhbəri Elbrus Ərud
Kitabları
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Jurnalistika xatirələrindən bəhs edən "Yaza bilmədiklərim" və publisist yazılarının toplusu olan "Anne annem" kitablarının müəllifidir.
2020-ci il iyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncamı ilə “Əməkdar Jurnalist” adına layiq görülüb.
İstinadlar
Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycan Beynəlxalq Universitetinin məzunları Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Vikipediyanı redaktə edən ensiklopedik şəxslər