Yaponiyanın İmperator möhürü— 16 - sarı və ya narıncı rəngdə rəmzi ləçəkli payızgülü. Kamakura dövründən başlayaraq, yapon imperatorları və Yaponiyanın imperator ailəsinin üzvlərinin emblemi sayılır.

Yaponiyanın gerbi olmadığından, bəzən dövlət gerbi kimi də istifadə olunur. Şəxsi möhür kimi imperator Qo-Toba ilk dəfə istifadə edib. Bu emblem 1869-cu ildə qəbul olunub. 1871-ci il fərmanına əsasən Yaponiya imperatorundan başqa heç kimə bu möhürü istifadə etməyə icazə yox idi. İkinci dünya müharibəsindən sonra bu qadağa ləğv olundu.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yaponiya monarxiyası Kateqoriya:Yaponiyanın milli simvolları Kateqoriya:Yaponiyanın dövlət rəmzləri Kateqoriya:Yaponiya imperiyası Kateqoriya:Dövlət emblemləri