Kut qəzası () — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Kut şəhəridir.
Ərazisi 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 5.144 km² ərazini əhatə edir.Iraq population statistics in GeoHive Global Statistics . United States of America, Arizona, Phoenix.
Əhalisi 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 374.457 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Kut qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 41%-ni təşkil edirdi.
Etnik tərkibi Qəzada əhali əsasən şiə ərəblərdən, qismən isə türkmanlardan ibarətdir. Qəzada yaşayan türkmanlar Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdurlar.Zaman Gazetesi : Arşivinden—>Türkmen aşiretleri Türkçeyi kurslarda yeniden öğrenecek <—haberi; haberin yayınlanma tarihi: 28.11.2003, yazar: Ahmet Dinç / Bağdat Sayları 200 min nəfərdən çox olan bu tayfanın nümayəndələri həmçinin Bağdad mühafazasında, Əziziyə qəzasında, Naməniya qəzasında və Bedra qəzasında məskunlaşıblar.
Danışılan dillər Qəzada yaşayan əhali əsasən ərəb dilində, qismən isə azərbaycan dillərində danışır.
İstinadlar
Kateqoriya:İraqın qəzaları