thumbnail

Çağaniyan ( Chaghāniyān) — Əl-Sağaniyan da deyilir. Orta Asiyada qədim vilayət.

Etimologiyası Çağan - monqol dilində ağ deməkdir. Yan isə cəm şəkilçisidir. Ərəblərin dillərində "Ç" hərfi olmadığından bu bölgəni Sağaniyan adlandırdılar.

Tarixi Bu vilayət Amudəryanın yuxarı yatağında yerləşirdi. Uygarlıq açısından Buxara və Səmərqənddən çox Bəlx şəhərinin təsiri altında olan bölgədə, islam fəthləri öncəsi Buddizm yayılmışdı.

Suriya, Fələstin və İranı işğal edən ərəblər Mərkəzi Asiyaya doğru irəlilədilər, 644-cü ildə Xorasana daxil oldular. 651-ci ildə Mərv döyüşsüz tutuldu. Onlar Toxaristan, Soqdiana, Çağaniyan və Xarəzmə yürüş etdilər. Mavəraünnəhr hakimləri bac ödəyərək onu dağıntıdan xilas etdilər.

Çağaniyan ərəb əmiri Quteybə bin Müslüm tərəfindən alındı. XI əsrin ilk yarısında Qəznəvilər sülaləsiin, ikinci yarısında Səlcuqluların, XII əsrdə Səmərqənd xanlarının və Qurluların əlinə keçdi. Monqol istilası sırasında Cığatay xanlığının payına düşdü. Daha sonra özbəklər, bölgədə ilk yerli xalq olan sartların yerini aldılar.

Coğrafiyası Bu vilayətin dəqiq yerləşmə zonası Termezdən şimal-şərqə Surxandərya vadisinə tərəf idi. Hazırda Özbəkistanın Surxandərya vilayətinin Altınsay, Baysun, Denay, Kumqurqan, Sariasiy və Şurçin rayonlarının ərazisinə düşür.

İstinadlar

Həmçinin bax Mavəraünnəhr Toxaristan

Xarici keçidlər

Kateqoriya:Özbəkistan tarixi Kateqoriya:Orta Asiya tarixi Kateqoriya:VI əsrdə yaranmış dövlətlər və ərazilər Kateqoriya:XI əsrdə ləğv olunmuş dövlətlər və ərazilər Kateqoriya:Tarixi vilayətlər Kateqoriya:Orta əsrlərin tarixi dövlətləri Kateqoriya:Tacikistan tarixi