Xocalı soyqırımının tanınması () — Xocalı soyqırımının dünya ölkələri tərəfindən tanınması prosesinə verilən ümumi addır. Hal-hazırda Xocalı soyqırımını dünyada 9 ölkə və ABŞ-nin 21 ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb.
Beynəlxalq aləmdə tanınması Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.
2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan "Təcavüzün qurbanları" adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Fond soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmin il fevralın 19–26-da Türkiyənin İstanbul şəhərində və 25 vilayətində "Xocalı həftəsi" adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirmişdir. Bundan başqa, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilmiş "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər" adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur.
thumb|right|200px|Massaçusets ştatının məclisi tərəfindən ştatın Xocalı soyqırımını rəsmən tanıması barədə qərar
Faciəni tam səviyyədə qətliam kimi tanıyan ölkə və təşkilatlar
2012: 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyən qətnamə qəbul edib. 2012-ci ildə Türkiyə Milli Məclisinin Xarici Əlaqələr Komitəsi, 2012-ci ildə Xocalı qətliamını soyqırımı olaraq tanıdı İslam Əməkdaşlıq Təşkilatı 2014:
Faciəni parlament səviyyəsində qətliam kimi tanıyan ölkə və təşkilatlar 2012: 2 fevral 2012-ci il tarixində Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25–26-da baş vermiş faciə soyqırım adlandırılıb.Mexican Senate recognizes Azeris massacre as genocide 2012-ci ilin 24 aprel tarixində Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanımışdır.Colombian Senate recognizes the Khojaly genocide 2013: 2013-cü ilin 19 fevral tarixində Çexiya parlamenti Xocalı soyqırımını rəsmən tanımışdır. Czech Republic committee recognizes Khojaly genocide Foreign relations committee of Czech parliament adopted a draft law on recognition of Khojaly massacre as "genocide". 2013-cü ilin 26 fevral tarixində Bosniya və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanımışdır.http://news.az/articles/politics/77182 Parliament of Bosnia and Herzegovina recognizes sovereignty of Azerbaijan 2013-cü ilin 14 iyununda Peru parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb. 2014: 2014-cü ilin 17 yanvar tarixində Honduras parlamenti Xocalı soyqırımını tanıyan № 303–2013 saylı qərar qəbul edib. 2016: parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb. 2017: Respublikasının Milli Assambleyası (parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı Soyqırımına dair qətnamə qəbul edib.
Faciəni qətliam kimi tanıyan ABŞ ştatları 300px|thumb|right|Faciəni qətliam kimi tanıyan ABŞ ştatları (Yenilənib: 26 fevral 2021) Amerikada yaşayan azərbaycanlılar 2013-cü il yanvarın 25-dən etibarən Xocalı soyqırımının tanınması, onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi məqsədilə Ağ evin rəsmi veb-səhifəsində "Biz xalqıq" bölməsində petisiya yerləşdirdilər. Az vaxtda petisiyaya dünyanın müxtəlif ölkələrindən 100 mindən çox insan imza atdı.
İndiyədək ABŞ-nin 21 ştatı Xocalı ilə bağlı sənəd qəbul edib.
25px|Massaçusets bayrağı 2010-cu il fevralın 25-də Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir. 25px|Texas bayrağı 2011-ci ildə Amerikanın Texas ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. 25px|Nyu-Cersi bayrağı 2011-ci ildə Amerikanın Nyu-Cersi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır."ASSEMBLY RESOLUTION No. 144" New Jersey Legislature Retrieved 25 February 2012. 25px|Corciya bayrağı 2012-ci ilin 28 fevral tarixində Corciya ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. — 2012-ci ilin 23 mart tarixində Men ştatı ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. 25px|Nyu-Meksiko bayrağı 2013-cü ilin 28 yanvar tarixində Nyu-Meksiko ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. 25px|Arkanzas bayrağı 2013-cü ilin 8 fevral tarixində Arkanzas ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. 25px|Missisipi bayrağı 2013-cü ilin 25 fevral tarixində Missisipi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. 25px|Oklahoma bayrağı 2013-cü ilin 4 mart tarixində Oklahoma ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.http://www.azernews.az/azerbaijan/50582.html Oklahoma Senate recognizes Khojaly genocide 25px|Tennessi bayrağı 2013-cü ilin 18 mart tarixində Tennessi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. 25px|Pensilvaniya bayrağı 2013-cü ilin 18 mart tarixində Pensilvaniya ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. 25px|West Virginia bayrağı 2013-cü 3 aprel tarixində Qərbi Virciniya ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. 25px|Konnektikut bayrağı 2013-cü 3 aprel tarixində Konnektikut ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. 25px|Florida bayrağı 2013-cü ilin 21 avqust tarixində Florida ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. 25px|Indiana bayrağı 2014-cü ilin 3 mart tarixində İndiana ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. 25px|Indiana bayrağı 2015-ci ilin 3 mart tarixində Arizona ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. 25px|Yutah bayrağı 2015-ci ilin 3 mart tarixində Yuta ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. 25px|Nebraska bayrağı 2016-cı ildə ABŞ-nin Nebraska ştatının qubernatoru Pit Rikets (Pete Ricketts) bəyannamə imzalayaraq, 26 fevral tarixini bütün Nebraska ştatında "Xocalını Anma Günü" elan edib və ştat sakinlərini bu günü hüznlə yad etməyə çağırıb. 25px|Havay bayrağı 2016-cı ildə ABŞ-nin Havay ştatının qubernatoru Deyvid İqe (David Ige) Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar bu faciənin tanınması ilə bağlı xüsusi bəyannamə imzalayıb.Havay ştatı da Xocalı qətliamını pislədi 25px|Montana bayrağı 2016-cı ildə ABŞ-nin Montana ştatının qubernatoru Stiv Bullok (Steve Bullock) rəsmi bəyanat imzalayaraq Xocalı soyqırımının ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib. O, bəyanatda ştat sakinlərini 26 fevral tarixini "Xocalını Anma Günü" olaraq tanımağa və yad etməyə çağırıb. Bəyanatda Xocalı soyqırımı müharibə dəhşətlərindən biri kimi pislənilib. 25px|Aydaho bayrağı 2016-cı ildə ABŞ-nin Aydaho ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
Soyqırıma xarici ölkələrdə münasibət 200px|thumb|right|Tehranın "İstiqlal" klubu ilə oyunda (26 fevral 2010) Traktor Sazi azarkeşləri Xocalı soyqırımının qurbanlarını yad edirlər
2014-cü ildə İspaniyanın Atletiko Madrid FK klubunun oyunçuları Osasuna FK və Real Madrid FK komandaları ilə keçirəcəkləri görüşlərdə Xocalı soyqırımının ildönümü ilə əlaqədar qara bilərzik və yaxalarına matəm lenti taxıb və yad ediblər. Klubun aparıcı oyunçusu Arda Turan faciə qurbanlarını yad edib və "Azərbaycan xalqının acısını paylaşırıq" ifadəsi ilə cıxış edib. Həmin il, Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin Traktor FK komandası ilə Ciddə şəhərinin "əl-İttihad" klubu arasında keçirilmiş görüşdə Xocalı soyqırımı anılıb.
Xocalı soyqırımına həsr olunmuş əsərlər
Musiqi əsərləri İl Musiqi əsəri Sənətçi Qeydlər 1998 Xocalı Nəriman Məmmədov 7 saylı simfoniya 1999 Xocalı Laylası Elnarə Dadaşova 2010 Justice for Khojaly Dəyirman və Toni Blackman 2011 Xocalı Simfoniyası Nurəngiz Gün 2012 Xocalı rekviyemi Aleksandr Çaykovski simfoniyaAlexander Tchaikovsky: 'By writing the Khojaly Requiem, I wanted to show support for those who survived the war' . Day.az. 3 August 2012. 2013 Khojaly 613 Pyer Tilloy simfoniya 2014 Xocalı Qaraqan 2015 Broken Dreams Nigar CamalINDEX Announces 2015 Empathy Program To Commemorate Khojaly Massacre
Ədəbi əsərlər İl Əsər Ölkə Müəllif Qeydlər 2016 Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə Azərbaycan Fiona Maxlaxlan, İan Pert 2016 Xocalı harayı Azərbaycan Nizami Məmmədzadə 2016 Murder in the Mountains ABŞ Raul Kontreras 2023 Xocalı qətliamı günlərində eşq; Azərbaycan maralı Türkiyə Fərhad Atikhttps://www.gazetebirlik.com/ekonomi/52-fabrika-4500-satis-noktasi-tarim-krediden-rekor-finansal-sonuc/900714
Filmlər Fəryad (film, 1993) Haray (film, 1993) Karvan (film, 1995) Xocalı soyqırımı (film, 2005) Biz qayıdacağıq (film, 2007) Daşları yığmağın vaxtıdır (film, 2007) — teletamaşa Xocalı qətliamı (film, 2008) Xocalı vaxtı (film, 2010) Qar qırmızı Xocalı (film, 2011) Günəşin batdığı yer (film, 2012) Xoca (film, 2012) Xocalıda sonuncu fevral (film, 2012) Xocalı yol gözləyir (film, 2012) — teletamaşa Şəhid şəhər (film, 2012) — teletamaşa Bunu öz gözlərinlə görməlisən... Xocalı (film, 2013) Mən Xocalı (film, 2013) Bir kəndin nağılı. Xocalı (film) Xocalı qətliamı. "Bu son olsun!.." (film) Aclıq və od arasında. Ömürlər bahasına hakimiyyət (film, 2012) Sonu olmayan dəhliz (film, 2012)Babaoğlu, H. "Sonu olmayan dəhliz", yaxud Günayın səssiz harayı: [Xocalı faciəsinin 20 illiyinə həsr olunmuş filmin təqdimatı haqqında] //Yeni Azərbaycan.- 2012.- 14 mart.- S. 4; 15 mart.- S. 7.
Abidələr
Şəkil İl Abidə Ölkə Memar Qeydlər 200px 24 fevral 2008 Xocalı abidəsi Haaqa, Hollandiya Avropada və Hollandiyada Xocalı soyqırımına aid ilk abidədir. 200px 26 fevral 2008 Ana Harayı Bakı, Azərbaycan Aslan RüstəmovMahmud RüstəmovTeymur Rüstəmov 2011-ci ildə Ana heykəlinin postamenti 3 metr qaldırılıb və qara qranitdən yenidən qurulub.Bakıda Xocalı abidə kompleksi yenidən qurulub 200px 30 may 2011 Xocalı abidəsi Berlin, Almaniya Akif ƏsgərovSəlhab MəmmədovƏli İbadullayevİbrahim Əhrari Almaniyada Xocalı soyqırımına aid ilk abidədir. 24 fevral 2012 Xocalı Sarayevo, Bosniya və Herseqovina Natiq Əliyev Bosniya və Herseqovinada Xocalı soyqırımına aid ilk abidədir. 200px 23 avqust 2012 Xocalı Mexiko, Meksika Meksikada Xocalı soyqırımına aid ilk abidədir. Abidə Tlakskoake–Xocalı meydanında yerləşir. 28 mart 2014 Xocalı şəhidlər abidəsi Ankara, Türkiyə Türkiyədə Xocalı soyqırımına aid ilk abidədir. Abidə Xocalı Soyqrımı Xatirə Parkında yerləşir. Parkda Xocalı Muzeyi də var. 22 aprel 2015 Xocalı şəhidlər abidəsi İzmit, Türkiyə İzmitin Yenişəhər məhəlləsində qoyulmuş abidənin ümumi hündürlüyü 2,5 metr təşkil edir. Şəhidlərin ölməzliyini bildirən səmaya doğru ucalmış sütunlardan ibarət abidənin üzərində Xocalı soyqırımı haqqında qısa məlumat yerləşdirilib, Azərbaycan və Türkiyə dostluğunu tərənnüm edən simvollar əks olunub. Bundan başqa, abidənin kənarlarındakı lövhələrdə Xocalıda qətlə yetirilmiş 613 nəfərin adları həkk olunub. 27 fevral 2016 Xocalı şəhidlər abidəsi İzmir, Türkiyə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə İzmirin Bornovo Bələdiyyəsinin maliyyə dəstəyi və tanınmış QHT fəalı Mülazim Kardelen Paşanın köməkliyi ilə hazırlanıb. Xocalı şəhidlər abidəsi Sakarya, Türkiyə
Həmçinin bax Erməni terrorizmi Birinci Qarabağ müharibəsi incəsənətdə
İstinadlar
Kateqoriya:Qarabağ münaqişəsi