Çabua Amirecibi (Gürcücə: მზეჭაბუკ "ჭაბუა" ამირეჯიბი / Mzeçabuk "Çabua" Amirecibi"; ) — gürcü yazıçısı.
Həyatı Amirecibinin ən məşhur romanlarından biri "Data Tutaşxia"ya film də çəkilib.
Əsər inqilabaqədərki Gürcüstan cəmiyyətindən bəhs edir. İki qardaşın mürəkkəb münasibətləri, həqiqət axtarışları, taleləri haqdadır.
Zadəgan nəslindən olan, düşündüyünü deməkdən çəkinməyən Amirecibi sovet dövründə təqib edilib.
Silahlı üsyan təşkilatçılığında suçlanıb.
İki dəfə vətən xaini elan edilib, güllələnmə cəzası alıb, 3 ay ölüm kamerasında yatıb.
Ona kəsilmiş həbs cəzası hökmlərini toplayanda 83 il edir.
Əsərlərinə senzorlar daim problem yaradıb.
70-ci illərin ortalarında "Data Tutaxşia"nı çapa təqdim edəndə də belə demişdi: "İnanmıram ki çap edəsiniz, amma 15 ildən sonra bu əsər klassika olacaq".
Amma əsər işıq üzü görür və dərhal bestsellerə çevrilir.
Amirecibi öz ideallarına xəyanət etməyib.
Xarici keçidlər "გარდაიცვალა ჭაბუა ამირეჯიბი" (Çabua Amirecibi yaşamını itirdi) Biyografi (Gürcücə) Data Tutashkhia (film)
Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:Gürcüstan yazıçıları Kateqoriya:Gürcü yazıçılar Kateqoriya:Tbilisidə vəfat edənlər Kateqoriya:Gürcüstan uzunömürlüləri Kateqoriya:Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:Gürcüstan parlamentinin deputatları Kateqoriya:Gürcüstanın Dövlət mükafatı laureatları Kateqoriya:SSRİ Dövlət mükafatı laureatları Kateqoriya:SSRİ dissidentləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Tbilisinin fəxri vətəndaşları Kateqoriya:SSRİ-də repressiyaya uğramış mədəniyyət və incəsənət xadimləri