Nəzirəvan, Nəzərəvan, Nəzirvan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.
Tarixi Rayon mərkəzidən 7 km şimal-qərbdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Nəzərocaq qışlağı kimiİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.87, Qafqazın 5 verstlik xirtəsində Nəzravan formasındaПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.183 qeyd edilmişdir.1728-ci ildən mə'lumdur
Toponimi Toponim Nəzər şəxs adına urartu dilində "yer, ölkə" mənası bildirən ebani sözündən əmələ gələn van//avan topoformantının qoşulması yolu ilə formalaşmışdır. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi Kənddə 1831-ci ildə 194 nəfər, 1873-cü ildə 331 nəfər, 1886-cı ildə 448 nəfər, 1897-ci ildə 467 nəfər, 1908-ci ildə 553 nəfər, 1914-cü ildə 613 nəfər, 1916-cı ildə 573 nəfər, 1918-ci il də 553 nəfər, 1919-cu ildə 322 nəfər yalnız azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.22–23, 108–109.1918-ci ildə əhalisi qovulmuş və kənd dağılmışdır. 1919-cu ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdurИстория Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.221. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 94 nəfər, 1926-cı ildə 114 nəfər, 1931-ci ildə 152 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.22–23, 108–109. Ermənilər kəndə 1923–1925-ci illərdə Türkiyədən köçürülmüşdür. SSRİ Nazirlər Sovetinin xüsusi qırarı ilə azərbaycanlılar zorla 1948–1953-cü illərdə Azərbaycana deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Tanınmışları Vəliyev İbrahim Əli oğlu — Hüquq elmləri namizədi, BDU-nun dosenti
İstinadlar
Kateqoriya:Karbi kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri