Maykl Felps ( 30 iyun 1985) — Amerikalı keçmiş üzgüçü. Onun ləqəbi "Baltimor gülləsi"dir.
Karyerası O, ümumilikdə 28 medal qazanmaqla Olimpiya oyunları tarixində ən uğurlu və titullu idmançıdır.
Həmçinin Felps bütün dövrlərdə qazanılmış ən çox olimpiya qızıl medalı (23), fərdi növlərdə qazanılmış ən çox olimpiya qızıl medalı (13), fərdi növlərdə qazanılmış ən çox olimpiya medalları (16) rekordlarının da müəllifidir. 2004-cu il Afina Yay Olimpiya Oyunlarında Felps altı qızıl, dörd bürünc medal qazanmaqla gimnast Aleksandr Dityatinin rekordunu (bir Oyunlarda qazanılmış ən çox müxtəlif əyarlı medal) təkrarlamışdır. 2008-ci il Pekin XXIX Yay Olimpiya Oyunlarında o, beşi ayrı-ayrı növlərdə olmaqla səkkiz qızıl medal qazanmış və amerikalı üzgüçü Mark Spitzin 1972-ci ildən qalan rekordunu (istənilən Olimpiya oyunlarında qazanılan ən çox qızıl medal) təzələmişdir. 2012-ci il London XXX Yay Olimpiya Oyunlarında Felps dörd qızıl və iki gümüş medal qazanmışdır. 2012-ci ildə, 27 yaşında London Olimpiyadasından sonra karyerasını bitirdiyini elan etsə də, 2016-cı il Rio-de-Janeyro XXXI Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Burada o, beş qızıl, bir gümüş medal qazanmışdır. Bu nailiyyət onu dalbadal dörd Olimpiyadada ən çox uğur qazanmış idmançı etmişdir.
O, Olimpiya oyunları, dünya və Pan-Pacific üzgüçülük çempionatları kimi beynəlxalq yarışlar daxil olmaqla 57 qızıl, 11 gümüş, 3 bürünc, ümümilikdə isə 71 medal qazanmışdır.
İstinadlar
Xarici keçidlər
Maykl Felps inanılmazı bacardı
Kateqoriya:ABŞ üzgüçüləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:2004 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:2004 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:2016 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:2012 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya qızıl medalına sahib ABŞ idmançıları Kateqoriya:2016 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:2012 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:2008 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Üzgüçülük üzrə olimpiya çempionları Kateqoriya:Olimpiya gümüş medalına sahib üzgüçülər Kateqoriya:Olimpiya gümüş medalına sahib ABŞ idmançıları Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:ABŞ mesenatları Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında üzgüçülər Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında üzgüçülər Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında üzgüçülər Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında üzgüçülər Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında üzgüçülər Kateqoriya:"BBC Sports Personality Lifetime Achievement Award" mükafatının sahibləri Kateqoriya:Avtobioqrafiyalar