Droqheda Yunayted () — hazırda İrlandiya Liqasının Premyer Liqasında oynayan İrlandiyanın futbol klubudur. Bu klub 1979-cu ildən bəri Droqhedadan Laut qraflığını təmsil edir və ev oyunlarını Yunayted Parkda keçirir.
Hazırkı klub şəhərdə çıxış edən 2 keçmiş klubun — 1919-cu ildə yaradılmış, liqada çıxış etməyən Droqheda Yunayted və 1962-ci ildə yaradılmış Droqheda F. K. klublarının birləşməsindən yaranmış bir klubdur.
Emblem Emblemdəki ay və ulduz xüsusi diqqət çəkir. Beləki, İrlandiyada Böyük Aclıq yaşanan zaman Osmanlı sultanı I Əbdülməcid Droeda şəhərinə ərzaq göndərir. Bu səbəbəb görə də 1975-ci ildə klub yaradılarkən onun loqosuna ay və ulduz təsviri yerləşdirilmişdir.
İstinadlar
Kateqoriya:1975-ci ildə yarananlar Kateqoriya:İrlandiya futbol klubları