Nuğay Əliyev (tam adı: Nuğay Xasay oğlu Əliyev; ) — Azərbaycan Respublikası "Təhsil" Cəmiyyəti İdarə Heyətinin sədri, Azərbaycan Texniki Universitetinin (AzTU) elektrotexnikanın nəzəri əsasları kafedrasının dosenti. AQRA Elmin İnkişafına dəstək birliyi
Həyatı Nuğay Əliyev 14 sentyabr 1947-ci ildə Şuşa şəhərində anadan olub.
Ailəlidir, iki oğlu var.
Həyatı 1965-ci ildə Şuşa şəhərindəki Y. Hacıbəyov adına 1 №-li orta məktəbi, 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsini bitirmişdir.
1969–1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda işləyib.
1974–1977-ci illərdə Sumqayıt Elmi-Tədqiqat Neft Kimya Avtomatika Layihə İnstitutunun aspirantı olmuşdur.
1981-ci ildən texnika elmləri namizədidir. Namizədlik dissertasiyasının mövzusu "İmpulssistem nəzəriyyəsi əsasında paylanmış parametrli hissə-hissə bircinsli elektrik dövrələrində keçid prosesinin hesablanması" olub.
1984–1987-ci illərdə Az. Pİ-nun radiotexnika fakültəsinin dekan müavini işləmişdir.
1990-cı ildən Azərbaycan Texniki Universitetinin dosentdir.
Elmi fəaliyyəti 42 elmi məqalənin, 5 dərs vəsaitinin, 1 dərsliyin (H. Məmmədovla birgə) müəllifidir. Onların əksəriyyəti elmi jurnallarda çap olunub. Bir çox beynəlxalq, ümumittifaq və yerli elmi konfrans və simpoziumların iştirakçısı olub.
1999–2001-ci illərdə 6 seriyalı "Bilgi" Bilgi dərgisi haqqında elmi dərgisinin baş redaktoru olmuşdur.
Təhsil Cəmiyyətində fəaliyyəti 1988-ci ildə Azərbaycanda təsis olunan ilk qeyri-hökumət təşkilatının — "Təhsil" Cəmiyyətinin yaranmasında fəal iştirak edib və 28 oktyabr 1989-cu ildə "Təhsil" Cəmiyyətinin İdarə Heyətinin ilk sədri seçilmişdir. "Təhsil" Cəmiyyətinin 1994-cü ilin aprel, 1999-cu ilin may qurultaylarında yenidən sədr seçilmişdir.
İstinadlar
Həmçinin bax Təhsil fədaisinin portretinə cizgilər Azərbaycan Respublikası "Təhsil" Cəmiyyəti
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Azərbaycan Texniki Universitetinin məzunları