Cini Korrado () — İtalyan statistik, sosioloq, demoqraf və iqtisadçı, faşizmin aparıcı nəzəriyyəçi və ideoloqlarından biri. “Faşizmin elmi əsasları” kitabının müəllifi (1927).
Bioqrafiyası
Cini Korrado 23 may 1884-cü ildə Motta di Livenzada (Trevizo şəhəri yaxınlığında) anadan olub. Bolonya Universitetinin hüquq fakültəsində təhsil alıb, burada hüquqla yanaşı, riyaziyyat, iqtisadiyyat və biologiya üzrə də təhsil alıb. 1905-ci ildə Boloniya Universitetini bitirdikdən sonra o, Kalyari (1910-cu ildən), Padua (1913-cü ildən) və Roma (1925-ci ildən) universitetlərində müəllimlik edib, biometrika, demoqrafiya, konstitusiya hüququ, siyasi iqtisadiyyat, sosiologiya və statistika üzrə professor vəzifələrində çalışıb. Onun maraqları əhəmiyyətli dərəcədə statistika və hüquq elminin formal hüdudlarından kənara çıxırdı. Roma Universitetində rəhbərlik etdiyi sosiologiya kafedrasını təsis etdi. Cini 1920-ci ildə "Metron" statistik jurnalını təsis edib və ölümünə qədər bu jurnala rəhbərlik edib. Bu jurnal nəşr üçün yalnız praktik tətbiqi olan məqalələri qəbul edilirdi. 1925-ci ildə Roma Sapientsa Universitetində professoru olub.
Cini və Faşizm
1920-ci illərdə Cini Korrado Benito Mussolini ilə sıx əməkdaşlıq edirdi. Cini faşist ideyasının tərəfdarı idi və “Faşizmin elmi əsasları” məqaləsini yazaraq, faşistlərin fikirlərini sosial və bioloji proseslər (orqanizm) ilə sosial darvinizm arasındakı oxşarlıqlar baxımından əsaslandırırdı. Həmçinin yevgenikanın və onun demoqrafiya ilə əlaqəsinin tərəfdarı olan Cini bu ölkənin əhalisini, xüsusən də kəraimləri öyrənmək üçün Polşaya antropoloji ekspedisiya təşkil etdi. O, İkinci Dünya Müharibəsində nasist Almaniyası və faşist İtaliyasının qələbəsinin bəşər cəmiyyətinin strukturunu yaxşılığa doğru dəyişəcəyinə ümid etdiyini bildirib. Bununla belə, Cini heç bir şəkildə Almaniya və İtaliyada irqi qanunları və yəhudilərin hüquqlarına qoyulan məhdudiyyətləri dəstəkləmirdi.Mikhail Kizilov, The Karaites of Galicia: An Ethnoreligious Minority Among the Ashkenazim, the Turks, and the Slavs, 1772—1945, BRILL, 2009 pp.278ff.Riccardo Calimani, Storia degli ebrei italiani, vol.3, Mondadori 2015 p.583.
Karyerası 1926 - Romada Mərkəzi Statistika İnstitutunun prezidenti təyin edilir. İtaliya statistika xidmətləri üçün vahid mərkəz kimi təşkil edirdi. Cini 20-ci illərdə Mussolini ilə yaxın münasibətdə idi. 1932-ci ildə institutdakı vəzifəsindən istefa verdi. 1933 - Beynəlxalq Sosiologiya İnstitutunun vitse-prezidenti 1934 - İtaliya Genetika və Yevgenika Cəmiyyətinin prezidenti. 1935 - Latındilli Ölkələrdə Beynəlxalq Yevgeniya Cəmiyyətləri Federasiyasının prezidenti 1937 - İtaliya Sosiologiya Cəmiyyətinin prezidenti 1941 - İtaliya Statistika Cəmiyyətinin prezidenti 1957 - İtaliya təhsilinə xidmətlərinə görə Qızıl medalla təltif edilmişdir 1962-ci ildə Dei Linçei Akademiyası üzvü 1962 - İtaliya Sosiologiya və Statistika Cəmiyyətlərinin prezidenti
Biblioqrafiya
Il sesso dal punto di vista statistica: le leggi della produzione dei sessi (1908) Sulla misura della concentrazione e della variabilità dei caratteri (1914) Quelques considérations au sujet de la construction des nombres indices des prix et des questions analogues (1924) Lezioni di Politica Economica (1926). The Scientific Basis of Fascism (1927). The Scientific Basis of Fascism, Political Science Quarterly, Vol. 42, No. 1 (Mar., 1927), pp. 99-115 (17 pages) at JSTOR Memorie di metodologia statistica. Vol.1: Variabilità e Concentrazione (1955) Memorie di metodologia statistica. Vol.2: Transvariazione (1960)
İstinadlar
Kateqoriya:İtaliya iqtisadçıları Kateqoriya:23 mayda doğulanlar Kateqoriya:1884-cü ildə doğulanlar Kateqoriya:13 martda vəfat edənlər Kateqoriya:1965-ci ildə vəfat edənlər Kateqoriya:Romada vəfat edənlər