'Cozayya Uillard Gibbs ( 11 fevral, 1839 – 28 aprel, 1903) — amerikan fiziki.

Termodinamikanın və statik mexanikanın banilərindən biri. Jelsk universitetinin professoru olub (1871).

Termodinamik sistemlərin tədqiqi üçün qrafik üsulları inkişaf etdirmiş, üçölçülü diaqramlar vermiş, maddənin həcmi, enerjisi və entropiyası arasındakı asılılığı müəyyənləşdirmiş, termodinamik potensiallar nəzəriyyəsini işləyib hazırlamış, fazalar qaydasını isbat etmiş səth hadisələrinin və elektrokimyəvi proseslərin termodinamikasını yaratmışdır. Gibbs entropiya prinsipini tamalamış, termodinamikanın ikinci qanununu bir sıra prosesə tətbiq etmişdir.Onun verdiyi heterogen tarazlıq nəzəriyyəsi elmdə mühüm yer tutur. Gibbsin işləyib hazırladığı statistik üsul maddənin halını xarakterizə edən termodinamik funksiyaları almağa imkan verir. O, həmçinin vektor hesabının banilərindən biri sayılır.

İstinadlar

Kateqoriya:ABŞ fizikləri Kateqoriya:Yel Universitetinin məzunları Kateqoriya:Nəzəri fiziklər Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:XIX əsrin fizikləri Kateqoriya:XIX əsr riyaziyyatçıları Kateqoriya:ABŞ kimyaçıları Kateqoriya:Yel Universitetinin müəllimləri Kateqoriya:ABŞ riyaziyyatçıları